Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Hüsniyyə Əhmədova (tam adı: Hüsniyyə Abid qızı Əhmədova; 26 oktyabr 1971) — Azərbaycan aktrisası.
Hüsniyyə Əhmədova | |
---|---|
Hüsniyyə Abid qızı Əhmədova | |
Doğum tarixi | |
Doğum yeri | Astara, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Hüsniyyə Əhmədova 1971-ci il oktyabr ayının 26-da Azərbaycan Respublikası Astara rayonunda doğulub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 2002-ci il martın 1-dən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır.
1. Nigar - («Yeddi məhbusə», Ə.Əmirli) 2. Keti - («Tədbirə qarşı tədbir», V.Şekspir) 3. Ellada - («İntihar», V.Səmədoğlu) 4. Ana - («Vicdanın hökmü», H.Mirələmov) 5. Rəna - («İblis», H.Cavid) 6. Zeynəb- («Mürafiə vəkilləri», M.F.Axundov) 7. Qızxanım - («Əbləhlərin toyu», R.Əlizadə) 8. Sona - («Su pərisi», F.Mustafa) 9. Cino - («Bir az gəlirmisiz», Ə.Nesin) 10. Mələk,I satan,1 gözəlçə,I ruh,I dəli,I dilənçi-(«Dünyanın axırı», R.Əlizadə) 11. Lyudmila – («Tarelkinin ölümü», Suxovo-Kobıtin) 14. Suğra – («Pasport», R.Abdullayev) 15. Ninel – («Vida marşı», F.Mustafa) 16. Anka – («Nazirin xanımı», Nuşiç) 17. Qarğa – («Tülkünün uçuşu», R.Əlizadə) 18. Yengə – («Tıq-tıq xanım», R.Əlizadə) 19. Bahar – («Keçəlin toyu», R.Əlizadə) 20. Şəhla – («Hərənin bir ulduzu», Ə.Səmədli) 21. Rəqqasə – («Ələddinin sehrli çırağı», Ərəb xalq nağılı) 22. Zalxa – («Hekayəti-xırs-quldurbasan», M.F.Axundov) 23. Rəqqasə – («Aydın» C.Cabbarlı) 24. I Gəlin – («Əcəl atı» V.Əlixanlı) 25. Zalxa – («Müsyö Jordan və dərviş Məstəli şah» M.F.Axundzadə) 26. Nuhun qövmü – («Əlincə qalası» Dilsuz) 27. Türfə – («Pələng ili» F.Mustafa) 28. Yetər – («Qaraca qız» S.S.Axundov, A.Şaiq) 29. Qırmızı papağın anası – («Qırmızı papağın nağılı» Y.Şvarts) 30. Nənə - (“Dəcəl keçi”, P.Nurəliyeva) 31. Ana ördək – (“Çirkin ördək balası”, H.X.Andersen)
1. Qızxanım – “Kişiləri qoruyun” 2. Aptekçi qız – “Tilsim”
1. Sevinc – “İftira” 2. Gəlin – “Gənc qızın ahı” 3. Elmi işçi – “Bir ovuc torpaq” 4. Həyat varsa... (serial, 2012-2014)
1. Ana – “Nəğmə dolu bir ürək”
http://www.tyuz.az/az.php?go=aktyorlar3 Arxivləşdirilib 2016-04-03 at the Wayback Machine