Həşt-Behişt (Ağqoyunlular)

Bu məqalə Ağqoyunlu memarlığına aid saray haqqındadır. Digər mənalar üçün Həşt-Behişt səhifəsinə baxın.

Həşt-Behişt1478-ci ildə tikintisinə başlanılmış və 1483-84-cü illərdə Sultan Yaqub dövründə tikintisi başa çatmış Ağqoyunlu memarlığına aid saray. Həşt-behişt saray kompleksində kitabxana, məscid, şəfa evi, cıdır meydanı və xiyaban inşa edilmişdi.[1] Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir.[2]

  1. Nuriyeva İradə Tofiq qızı. Azərbaycan Tarixi (ən qədim zamanlardan–XXI əsrin əvvəllərinədək) (PDF). Bakı: Mütərcim. 2015. səh. səh.115. 2020-05-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-06.
  2. Qasımov Xeyirbəy Sabir oğlu. Orta əsrlərdə Azərbaycan mədəniyyəti (PDF). Bakı. 2008. səh. səh.228. 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-02-06.