Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 51 gün əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Həbib Yusif oğlu İsrafilov — geologiya elmləri doktoru, professor.[1]
Həbib İsrafilov | |
---|---|
Həbib Yusif oğlu İsrafilov | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Elm sahəsi | geologiya |
Elmi dərəcəsi | geologiya elmləri doktoru (1966) |
Elmi adı | professor |
İş yeri | ADNA Hidrogeologiya kafedrası |
Təhsili | ADNA-nın Geoloji-kəşfiyyat fakültəsi |
Həbib İsrafilov 1915-ci ildə anadan olmuşdur. O, 1937-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji-kəşfiyyat fakültəsini bitirib, 1956-cı ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Həbib İsrafilov əmək fəaliyyətinə "Buzovnaneft" NQÇİ-də mühəndis işləməklə başlayıb və tez bir zamanda Bakı Su Kəməri İdarəsinin müdir müavini təyin edilib. Həbib İsrafilov 1945–1952-ci illərdə Azərbaycan Geologiya İdarəsində çalışaraq mühəndisdən hidrogeoloji ekspedisiya rəisinə qədər yol keçmişdir. O, 1952-ci ildən BDU-nun Hidrogeologiya və mühəndisi geologiya kafedrasında müəllimlik fəaliyyətinə başlamışdır. Həbib İsrafilov 1963–1976-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Hidrogeologiya kafedrasında müəllimlik etmişdir. O, qrunt təzyiqli, çayyataqaltı suların əmələgəlmə şəraitlərini, onların səth sulan və hidrotexniki qurğularla qarşılıqlı əlaqələrini, qrunt sulan rejimlərinin əmələ gəlməsinə antropogen təsirin rolunu, həmçinin qrunt suların səviyyə və keyfiyyət rejimlərini tədqiq etmiş, bunların əsasında rejimin genetik tipləri müəyyən edilmiş, Kür-Araz düzənliyini hidrogeoloji rayonlaşdırmaq mümkün olmuşdur. Hidrogeologiya kafedrası18 elmlər namizədi hazırlamış, 6 doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur. O, 200 məqalə, 3 monoqrafiyanın müəllifidir.[2]