Bu məqaləni vikiləşdirmək lazımdır. |
2 litrlik banka üçün
1. Doğranmış badımcanı aşsüzənə yığın və üstünə təxminən 2 xörək qaşığı duz səpin. Üzərinə ağırlıq (qapaq və ya qab) qoyun və 20 dəqiqə müddətində kənarda saxlayın. Sonra badımcanları yuyun, yaxşıca süzün, suyunu sıxın və qalın salfet və ya kağız dəsmalla qurulayın.
2. Doğradığınız bütün tərəvəz və göyərtiləri iri ləyənə qoyun. Üstünə 2 xörək qaşığı duz səpin və əlinizlə ərzaqları yaxşıca qarışdırın. 20 dəqiqə müddətinə kənara qoyun. Bu müddət ərzində tərəvəzlər sulanacaq.
3. Tərəvəzləri əlinizlə sıza-sıxa suyunu çıxardın. Sıxılmış ərzaqları bankaya doldurun. Üstünə sirkə töküb bankanı bağlayın. Turşunu sərin yerə qoyun. 1–2 həftəyə hazırdır.