Həkim Qəni (azərb. Hüseynov Qəni Hüseynqulu oğlu, 16 fevral 1918, Bakı — 10 iyun 2008, Bakı) — şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki, prezident təqaüdçüsü.
Qəni Hüseynov | |
---|---|
Qəni Hüseynqulu oğlu Hüseynov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Rusiya imperiyası |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | ürək çatışmamazlığı |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Hüseynqulu |
Fəaliyyəti | şair |
Həkim Qəni 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olub[1].
Ali təhsilini Tibb İnstitutunda almışdır (1936–1941). İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müharibədə hərbi həkim kimi fəaliyyət göstərmişdir (1941–1945).
1967-ci ildə ordudan tərxis olunub və o, Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropotologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropotoloqu olub[2].
Şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu olmuşdur[3].
1990-cı ildən[4] (başqa məlumata görə 1993-cü ildən) etibarən Vahid poeziya evində "Vahid" ədəbi şairlər məclisinə sədrlik etmişdir.
Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunmuşdur[4].
Həkim Qəninin 4 övladı olmuşdur. 1983-cü ildə həyat yoldaşı Mehparə Yaqub qızı Axundova dünyasını dəyişib.
Gənc yaşlarından poeziya ilə maraqlanmış, ilk şerlərini 30-cu illərdə yazmışdır. Yüzlərlə qəzəlin, həmçinin heca vəznində olan şeirlərin (qoşmalar, bayatılar və s.), bir neçə dram əsərinin, poemanın, aforizmlərin və s. müəllifidir. Məhəmməd Füzulinin 120 qəzəlinə təxmis yazmış, 100-dən çox qəzəlini rus dilinə tərcümə etmişdir. 12-dən çox kitabı nəşr olunub.
M. Füzuli, S. Ə. Şirvani, Ə. Cavad, M. Ə. Sabir, H. Cavid, M. Şəhriyar, Ə. Vahid yaradıcılığının, Şərq ədəbiyyatının, o cümlədən, əruzvəznli Azərbaycan poeziyasının kamil bilicisi olmuşdur.