Hələbin mühasirəsi — 637-ci ilin avqust-oktyabr aylarında baş vermişdir. Yərmuq döyüşündə həlledici qələbədən sonra ərəblər Şimali Levantda Bizansın qalan bir neçə qalasından birini mühasirəyə alırlar.
Hələbin mühasirəsi | |||
---|---|---|---|
| |||
Tarix | 637-ci ilin avqust-oktyabr | ||
Yeri | |||
Nəticəsi | Əlinin qalibiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Həlledici Yərmuq döyüşündən sonra ərəblər şimala, Suriyanın dərinliklərinə doğru irəliləyirlər. Yolda bir çox kiçik və böyük şəhərləri ələ keçirən sərkərdələr Əbu Übeydə ibn Cərrah və Xalid ibn Vəlid Qinnasrində görüşürlər. Onlar qüvvələrini sonra Hələbə doğru yönəldirlər, burada müdafiəni tutan Yoahim adlı bir Bizans komandirinin komandanlığı altında güclü qarnizon yerləşirdi. Hələb böyük, möhkəm divarlı şəhər və şəhərdən kənarda, eni 400 metrdən bir qədər çox olan, geniş xəndəklə əhatə olunmuş kiçik, lakin demək olar ki, keçilməz təpə qalası idi.
Hələbdəki Bizans sərkərdəsi Yoahim, qalanın kənarında açıq döyüşdə Xalid ibn Vəlid və Əbu Übeydə ibn Cərrahın başçılıq etdiyi ərəb ordusu ilə qarşılaşır. O, məğlub olur və tələsik qalaya çəkilir. Bizanslılar blokadanı yarmaq üçün güclü hücumlar edirlər, lakin hər dəfə uğursuzluğa düçar olurlar. Yoahim İmperator I İraklidan hərbi yardım gözləsədə heç vaxt kömək almır. Nəticədə, təxminən 637-ci ilin oktyabrında bizanslılar qarnizonun əsgərlərinin maneəsiz oranı tərk etmələrinə icazə verilməsi şərtlərinə təslim olurlar. Yoahim 4000 Bizans əsgəri ilə birlikdə İslamı qəbul edir. Sonralar o, müxtəlif müsəlman sərkərdələrinin komandanlığı altında döyüşən son dərəcə bacarıqlı və sadiq bir sərkərdə olduğunu sübut edir[1].
Əbu Übeydə ibn Cərrah Malik ibn Əştərin başçılığı ilə “Roma” yolunda Aazazı götürmək üçün bir ordu göndərir. Müsəlmanların Roma adlandırdıqları bölgə Buğa silsiləsinin şərqində müasir Türkiyənin cənubunu əhatə edirdi. Malik Aazazı ələ keçirdikdən sonra yerlilərlə müqavilə bağlayır, bundan sonra Hələbə qayıdır. Aazazın tutulması və müqavilənin imzalanması Hələbin təhlükəsizliyini təmin etmək üçün vacib idi. Səbəb isə bizanslılar növbəti böyük hərbi əməliyyatlarının başlanğıcında şimaldan Aazazdan ərəblərin arxasına doğru zərbə endirə bilərdilər. Malik ibn Əştər qayıdan kimi Əbu Übeydə 637-ci il oktyabrın 30-da Dəmir körpü döyüşündən sonra əsir düşdüyü Antakya şəhərini tutmaq üçün qərbə doğru hərəkət edir.