Həlqəvi qurdlar (Annelida)

Qurd tipləri arasında ən yüksək inkişaf etmiş formalarıdır. Onlar dənizlərdə, şirin su hövzələrində, torpaqda yaşayırlar. 18 000-ə qədər növü məlumdur. Onların uzunluğu 0.5 mm-dən 3 m-ə çatır. Parazit formaları da mövcuddur.

Həlqəvi qurdlar (Annelida)
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi xarakteristika[redaktə | mənbəni redaktə et]

Halqalı qurdların xarici quruluşunda diqqəti cəlb edən əsas əlamət bədənin buğumlu və ya metamerli olmasıdır. Onların bədəni bir-birindən fərqlənən üç hissəyə ayrılır: baş-pər, buğumlu gövdə və anal-pəri hissə. Halqalı qurdların bədəni simmetrikdir. Onlarda dəri-əzələ kisəsi yaxşı inkişaf etmiş, həzm, tənəffüs, ifrazat, qan-damar (qapalı), sinir və cinsiyyət sistemi vardır. Onlar ikinci bədənboşluğuna (selom) malik olub, əksəriyyəti ayrıcinslidir.

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Təbiətdə halqalı qurdların böyük rolu var. Onlar balıqlar üçün qidadır. Torpaqda yaşayan həlqəvi qurdlar torpağı yumşaldır, onu üzvi maddələrlə zənginləşdirir. Həlqəvi qurdların digər nümayəndəsi olan zəlilərin (Hirudo medicinalis) tibbi praktikada böyük rolu var. Onlar 40-dan çox xəstəliyin müalicəsində onlardan istifadə edirlər.

Yayılması[redaktə | mənbəni redaktə et]

Xəzər dənizində Çoxqıllı qurdlar (Polychaeta)sinfinə aid 7 növ, Azqıllı qurdlar (Oligochaeta) sinfinə aid isə 31 növ, daxili su hövzələrində 90 növ, soxulcanlara aid 35 növ, zəlilər (Hirudinea) sinfinəaid 17 növ (o cümlədən, 3-ü Xəzərdən) tapılmışdır. Onlardan Nais iorensis Qafqaz endemi, Parhypania brevispinus və Fabricia sabella caspica Xəzər endemləridir. Tibb zəlisi (Hirudo medicinalis orientalis) Lənkəran, Şabran, Kürdəmir, Qazax rayonlarının ərazilərindəki su hövzələrində geniş yayılmışdır. Keçən əsrin 70-ci illərində Azərbaycanda (Bakı, Yanardağ zəli ferması) ildə 1 – 1.5 mln. zəli istehsal olunaraq daxili bazarda və xaricə satılırdı.

Halqalı qurdlar 5 sinfə bölünür:

   Çoxqıllı qurdlar(Polychaeta)
   Mizostomidlər (Myzostomida)
   Azqıllı qurdlar(Oligochaeta)
   Zəlilər(Hirudinea)
   Exiuridlər(Echiurida)

Mənbə[redaktə | mənbəni redaktə et]

[1][ölü keçid]