Həmid Quliyev

Həmid İmamqulu oğlu Quliyev (12/12/1928 - 04/26/2007) — Azərbaycan SSR əməkdar meşəşünası (1981), Oktyabr inqilabı ordeni sahibi (1971).

Həmid İmamqulu oğlu Quliyev
Doğum tarixi
Doğum yeri Tovuz, Azərbaycan
Vəfat tarixi (78 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan

Həmid İmamqulu oğlu Quliyev 12 dekabr 1928-ci ildə Tovuz rayonunun Şamlıq kəndində anadan olmuşdur. Atasını erkən itirib: İmamqulu Quliyev 1943-cü ildə II Dünya Müharibəsində həlak olmusdur. Orta məktəbi bitirdikdən sonra Bakı Meşə Təsərrüfatı Texnikumuna daxil olmusdur. 1950-ci ildə texnikumda təhsilini fərqlənmə diplomu ilə başa vuraraq, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meşə Təsərrüfati fakültəsinə imtahansız qəbul edilir. 1955-ci ildə institutu bitirdikdən sonra Kürdəmir, Ağstafa və Tovuz rayonlarında meşə mühəndisliyindən tutmuş direktora qədər müxtəlif vəzifələrdə çalışmışdır.

1960-cı ildən 1993-cü ildə təqaüdə çıxana qədər Tovuz meşə təsərrufatı direktoru vəzifəsində çalışmışdır. Savadlı bir mütəxəssis olaraq, işinin ilk günlərindən etibarən qabaqcıl elmi və texniki nailiyyətlərini tətbiq edir və rəhbərlik etdiyi idarəyə nümunəvi ad verilir. SSRİ Meşəçilik Nazirliyinin kollegiyasının qərarı ilə Tovuz meşə təsərrüfatının təcrübəsini bütün Sovet İttifaqı ərazisində genişləndirmək tövsiyə edilir. Görülmüş işlərə görə H.Quliyev Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almaq üçün Moskvada dissertasiyanı uğurla müdafiə edir. Onun rəhbərliyi altında Tovuz rayonunda 2000 hektardan çox qiymətli ağac növləri əkilmişdir.

Görkəmli uğurlarına görə Həmid Quliyev "Oktyabr inqilabı" ordeni (8 aprel 1971) və bir çox medal və SSRİ hökumətinin fəxri diplomları ilə təltif edilmişdir. O, Azərbaycan SSR-in Əməkdar Meşəçi fəxri adına layiq görülmüşdür (20 noyabr 1981). 

Gözəl ailə başçısı, 5 övlad atası olub.

Quliyev Həmid İmamqulu oğlu 26 aprel 2007-ci ildə vəfat etmiş və doğma rayonunda dəfn edilmisdir.

Azərbaycan Sovet Ensiklopediyası