Həmidağa Səmədov

Həmidağa Səmədov17 avqust 1952-ci ildə anadan olmuşdur. Həmidağa Səmədov Qarabağ müharibəsinin iştirakçısıdır. 16 yanvar 1994-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Həmidağa Səmədov
Həmidağa Bilal oğlu Səmədov
Həmidağa Səmədov
Həmidağa Səmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Hacıqabul, Azərbaycan Azərbaycan
Vəfat tarixi (41 yaşında)
Vəfat yeri Ağdam, Azərbaycan Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti
Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Quru Qoşunları
Xidmət illəri 1993-1994
Rütbə Əsgər

Həyatı[redaktə | mənbəni redaktə et]

Həmidağa Səmədov 17 avqust 1952-ci ildə anadan olmuşdur. Orta məktəbi həmin şəhərdə qurtarmışdır. 1969-cu il iyun ayında Hacıqabul işarəvermə rabitə stansiyasında elektrik mexaniki vəzifəsinə qəbul olunmuşdur.

Şəhidlik zirvəsi[redaktə | mənbəni redaktə et]

Həmidağa Səmədov 1993-cü ildə Hacıqabul rayonundan könüllü olaraq hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Həmidağa Səmədov Güllücə, Gəngərli, Sarıcallı, Cəvahirli, Suma Güllücə, Məlikli, Paprəvənd, Maqsudlu, Talışlı, Salahlı, Novruzlu kəndləri uğrunda döyüşdə cəsarət və mərdlik nümunəsi göstərmişdir. 1994-cü ilin 16 yanvar tarixində Ağdam rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur.

Hacıqabul şəhərində dəfn olunmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəli idi. 4 övladı (Samirə, Babək, Rövşən, Samir) yadigar qalıb.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  • Portal:Qarabağ müharibəsi

İstinadlar[redaktə | mənbəni redaktə et]