Həmzə Mirələm oğlu Şıxəliyev (3 sentyabr 1915, Kələxan, Lerik rayonu – 2009, Kələxan, Lerik rayonu) — Kapitan, 412-ci Diviziya, rota komandiri.[1]
Həmzə Şıxəliyev | |
---|---|
Şıxəliyev Həmzə Mirələm oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 sentyabr 1915 |
Doğum yeri | |
Vəfat tarixi | 2009 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1941–1947 |
Rütbəsi | Kapitan |
Vəzifəsi | 412-ci Diviziya, rota komandiri |
Döyüşlər | Odessa, Kişinyov, Minsk Varşava, Berlin-Reyxstaqın alınması |
Təltifləri |
Həmzə Şıxəliyev 1915-ci ildə Lerik rayonunun Kələxan kəndində anadan olan Həmzə Şıxəliyev 1934-cü ildə orta məktəbi bitirib müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1935–41-ci illərdə Çayrud və Lerik kənd sovetlərində katib, kənd sovetinin sədri vəzifəsində çalışmışdır.
1941-ci ildə ordu sıralarına çağırılan H. Şıxəliyev sıravi əsgərdən kapitan rütbəsinə qədər yüksəlmişdir. [2] HƏMZƏ ŞIXƏLİYEV Böyük vətən müharibəsində Qafqazdan Berlinədək ön cəbhədə vuruşmuş, müharibəni kapitan rütbəsində başa vurmuşdur.Odessa, Kişinyov, Minsk Varşavanın alınmasına görə qırmızı ulduz, 1 və 2ci dərəcəli vətən müharibəsi ordenləri və medallarla təltif edilmişdir. Seçmə döyüşçülərdən ibarət 5ci Zərbə ordusu sıralarında rota komandiri Həmzə Şıxəliyev Berlinin alınmasındakı igidliyinə görə sovetlərin ən yuksək ordeni lenin ordeni ilə təltif edilib. Qələbədən sonra Berlində sahə komendantı kimi fəaliyyət göstərib.[3]
1945–47-ci illərdə Şərqi Almaniyada komendant vəzifəsində çalışmışdır. 1947 ci ildən O öz xahişi ilə ordudan tərxis edilmiş doğulub böyüdüyü lerik rayonuna qayıtmışdır.1947-ci ildə boya-baş çatdığı rayona qayıdaraq müxtəlif məsul vəzifələrdə çalışmış, 1955-ci ildə kolxoz sədri seçilən H. Şıxəliyev yarım əsrə yaxın təsərrüfat rəhbəri işləmişdir. Müstəqillik illərində də rayonun ictimai işlərində fəallığı ilə seçilmişdir. Rayon Ağsaqqallar Şurasının sədri, eyni zamanda Kələxan bələdiyyəsinin sədri seçilmişdir. Həmzə Şıxəliyev "Lenin", "Qırmızı Ulduz", "Oktyabr İnqilabı" ordenləri, 12 adda müxtəlif medallar, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif edilmişdir.
Azərbaycan Sovet Ensiklopediyasında (səh. 550) Həmzə Şıxəliyev haqqında məlumat[4] Şıxəliyev Həmzə Mirələm oğlu (d.3.9.1915-ci il. İndiki Lerik r-un Kələxan kəndi) Böyük Vətən Müharibəsi iştirakçısı, kapitan, 1940-cı ildə Sov. İKP üzvü, Böyük Vətən Müharibəsinədək Lerik rayonunda müəllim, kənd soveti sədri işləmişdir. 1941-ci ildə Sovet ordusuna çağırılmış, hərbi məktəbi bitirmişdir (1942). Atıcı rota komandirinin müavini, sonra komandiri olmuşdur. Ukrayna və Moldaviyanın azad edilməsində, Polşa və Almaniyada gedən vuruşmalarda iştirak etmişdir. Berlinədək doyüş yolu keçən, 3-cü Reyxstaqın alınmasında şəxsi igidlik göstərmiş, Lenin ordeninə layiq görülmüşdür. 1947-ci ildə ordudan buraxılmışdır. Lerik rayonunda "Partiyanın 20-ci qurultayı" adlı sovxozda işləyir. Oktyabr inqlabı, 1-ci və 2-ci dərəcəli Vətən müharibəsi, Qırmızı ulduz medalları ilə təltif edilmişdir.
İstər Sovet dövründə, istərsə də müstəqillik illıərimizdə dövlət Həmzə Şıxəliyevin xatirəsini həmişə əziz saxlamışdır. Ölümündən sonra Lerikin küçələrindən birinə onun adı verilmişdir.
Həmzə Şıxəliyevin Böyük Vətən Müharibəsi illərində göstərdiyi igidliyi və müharibədən sonrakı illərdə dövlət idarəçiliyinin müxtəlif sahələrində uzunmüddətli səmərəli fəaliyyətini, respublikada mühüm əhəmiyyətə malik kənd təsərüfatı müəssisələrinin qurulmasında təqdirəlayiq xidmətlərini nəzərə alaraq, müxtəlif illərdə onun yubiley tədbirləri keçirilmişdir. Həmzə Şıxəliyevin haqqında "Elin unudulmaz oğlu" adlı kitab nışr olunmuşdur.[5]