Həqiqi fikariya

Həqiqi fikariya - (lat. Ficaria ficarioides)

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik, hündürlüyü 4-10 sm olan, çılpaq, kökyumrusuvari yoğunlaşan uzunsov köklü bitkidir. Gövdələri qısa, demək olar ki, yarpağın uzunluğuna bərabərdir. Kökyanı yarpaqlarının oturacağı ürəkvari olmaqla, yumurtavari və ya yumurtavari-yumrudur. Yarpaqları sıxılmış dəstə şəklində çiçək budağına yığılmışdır, bəzən üç dilimlidir, kasa yarpaqları ağımtıldır. Ləçəkləri sarı, 7-9 sayda, 8–10 mm uzunluqda, 1–2 mm enində, dar uzunsovdur. Meyvəsi çılpaq, yumurtavari-uzunsovdur.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ qərbi, BQ Quba sahəsinin rayonlarında alp qurşağında yayılmışdır. Çəmənlərdə, qar əriyən yerlərdə, daşların arasında bitir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.