Hərbi Dəftərxana binası (Novoçerkassk)

Hərbi Dəftərxana binasıRostov vilayəti Novoçerkassk şəhəri ərazisində yerləşən bina. Novoçerkassk şəhərinin mərkəzində, Ataman küçəsi və Pulatov prospektində qərarlaşır. Bina 1844-cü ildə inşa edilmişdir. Rus klassizmi stilində inşa edilmişdir. Bina mövcudluğunu qoruyub saxlayan qədim binalardan biridir.

Hərbi Dəftərxana binası
rus. Здания войсковая канцелярия
Xəritə
47°24′41″ şm. e. 40°06′17″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Novoçerkassk
Tikilmə tarixi 1844
Memarlıq quruluşu Klassizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bina künçdə yerləşdiyindən onun hər iki üzü fasad sayılır. Bu fasadın əsas hissəsi Ataman küçəsinə baxır. Üç şərtəbəli bina şəhər ansamlı pozulmamaq şərti ilə işlənmişdir. Pəncərələrin kənaeları xüsusi elementlərlə işlənmişdir. Əsas girişin önündə dörd pəncərə vardır ki, onlarında yuxarı hissəsi üçkünc sirkul formasındadır. Bura isə qəsr daşları ilə işlənmişdir. Bina monumental işləmələrlə zənginləşdirmişdir. Ksrnizlər isə dişvari formaya malikdir[1].

Don kazaklarının hərbi dəftərxanası 9 may 1806-cı ildə Çerkaskdan (hazır ki, Staroçerxassk) Novoçerkassk şəhərinə köçürülür[2]. Əsas karaulun önündə Kreşenski enişi qərarlaşır. O, meydana doğru qalxır. Müasir Hərbi Dəftərxana isə bu binaya onun tikilməsindən sonra 1844-cü ildə köçmüşdür[3].

30 noyabr 1943-cü ildə binada Novoçerkassk suvorov hərbi uçilişi yerləşirdi. Bu uçiliş 500 nəfər üçün nəzərdə tutulmuşdur. 1964-cü ilin yanvarından burada kişi hərbi uçilişi yerləşir. 1974-cü ildən isə burada kursantları ali təhsil proqramına öyrədirlər. Novoçerkassk ali hərbi komanda uçilişi Hərbi Dəftərxana binasını 2011-ci ildə tərk etmişdir.

  1. "Русский классицизм" (rus). Rostov Region. 2018-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-03.
  2. "Новочеркасск" (rus). ЮФУ. 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-17.
  3. Владимир Кулишов. "Как строился Новочеркасск" (rus). В низовьях Дона. 2017-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-17.