Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə qaralama halındadır. |
Mühəndis Qoşunları, Silahlı Qüvvələrin yaranmasından sonra, onların inkişaf prosesində hərbi mühəndis tədbirlərinin aparılmasına olan ehtiyacdan yaranmışdır. Qədim dünyanın tanıdığı, onun üçün hazırlanmış xüsusi ordugahlarda yerləşən bilinən ilk ordu Qədim Misir ordusudur. Aparılan müharibələrdə Qədim Çin, Mezopotamiya, Yunan ordularında mühəndis işlərinin görülməsi üçün ilk başda adi insanların, əhalinin, qulların əməyindən istifadə edilirdisə də, daha sonra, gələcəkdə "istehkamçılar" adlanacaq xüsusi hazırlanmış dəstələr tətbiq edilməyə başladı. Tarixçilərin verdiyi məlumatlara əsasən eramızdan 1000 il qədər əvvəl Assuriya ordusunda yollar salan, körpülər quran, düşərgələr qurub qazıntılar aparan, mühasirəyə alınmış şəhərlərin divarlarından daha yüksək olacaq torpaq yığınları hazırlayan xüsusi bölmələr vardı və onlar "yerqazan dəstələr" adlanırdı. Məlumatlara görə onlar çaylardan keçmək üçün heyvan dərisindən hazırlanmış tuluğlardan istifadə edirdilər. Uzun səfərlərdə dayanacaqlar üçün Assuriyalılar, xəndək və torpaq hasarlardan ibarət səhra düşərgələri hazırlayırdılar.
Orta əsrlərdə isə qala divarlarını uçurmaq üçün, onların təməlinin altından, qazılaraq torpağın çıxarılması kimi sadə və effektiv olduğu qədər, çox zəhmət tələb edən üsullardan istifadə edilməyə başladı. Eyni zamanda qazıntı işlərinin aparılmasını müdafiə olunanlar da müşahidə edə bildikləri üçün qarşı tədbirlər görə bilirdilər. Barıtın tapılmasından sonra dağıntıların aparılması daha da sadələşdi. Barıtdan istifadə edilməsi planlaşdırılan dağıntının harda baş verəcəyini-minananın harda və nə vaxt partlayacağını müdafiə olunanlar bilmirdilər. XV əsrin sonlarına doğru minaların tətbiqinin, bu gün də aktual olan əsas üstün özəlliyi – gizlilik və qəfilliyi tam mənimsənilərək müharibələrdə istifadə edilirdi. Tədricən zəmanəsinin bütün qabaqcıl ordularında müxtəlif adlar altında mühəndis-istehkamçı qoşunları formalaşmağa başladı.
Mühəndis qoşunları Silahlı Qüvvələrin xüsusi qoşunlarına aiddir. Onlar Silahlı Qüvvələrin hissə, birləşmə və birliklərinin, xüsusi və maddi-texniki təminatı qoşunlarının döyüş fəaliyyətlərinin mühəndis təminatı üçün, həmçinin düşmənə mina-partlayış və digər vasitələrlə zərər vermək və onun hərəkətlərini çətinləşdirmək üçün təyin olunublar. Xüsusiyyətlərinə görə ümumqoşun döyüşünün mühəndis təminatının müxtəlif tapşırıqlarını yerinə yetirmək və düşmənə zərər vermək üçün mühəndis qoşunları müxtəlif birləşmələrdən, hissələrdən və bölmələrdən ibarətdirlər: – mühəndis kəşfiyyatı — düşmənin və ərazinin mühəndis-kəşfiyyatının aparılması üçün; – nüvə minalarının kəşfiyyatı və məhv edilməsi — nüvə-mina maneələrini rəf etmək və ön dəstələrin (avanqardların) və taktiki hava desantının tərkibində fəaliyyət üçün; – mühəndis-istehkam — qoşunlar tərəfindən maneə və əngəllərin rəf edilməsinin təminatı, düşmənin nüvə minalarının kəşfiyyatı və məhv edilməsi, maneələrin qurulması və dağıntıların aparılması, kolon yollarının çəkilməsi, ərazinin fortifikasiya hazırlığının aparılması, maskalanma üzrə mühəndis tədbirlərinin yerinə yetirilməsi, su keçidlərinin hazırlanması və saxlanması, düşmənin və ərazinin mühəndis kəşfiyyatının aparılması üçün və digər; – panton-körpü, keçid-desant və sualtı körpü — su sədlərinin rəf edilməsi zamanı desant, bərə və körpü keçidlərinin hazırlanması və saxlanması üçün; – həmlə və maneələrin təmizlənməsi — qoşunlar tərəfindən dağıntılar rayonlarının rəf edilməsi, möhkəmləndirilmiş mövqe və rayonların yarılması zamanı fəaliyyətlərdə iştirakı, düşmənin nüvə minalarının kəşfiyyatı və məhv edilməsi üçün; – maneələrin təmizlənməsi — qoşunlar tərəfindən dağıntılar rayonlarının rəf edilməsi, ərazi və obyektlərin minalardan tam təmizlənməsi, maneələrdən keçidlərin açılması, düşmənin nüvə minalarının kəşfiyyatı və məhv edilməsi üçün; – maneələriquran — mina-partlayış maneələrinin qurulması və obyektlərin dağıdılması üçün; – mühəndis yol-körpü — yolların hazırlanması və saxlanması və körpülərin tikilməsi üçün; – mühəndis-mövqe və idarəetmə məntəqələrinin hazırlanması — qoşunlar tərəfindən tutulan mövqe və rayonların, idarəetmə məntəqələrinin açılma rayonlarının fortifikasiya hazırlığı üçün; – mühəndis-maskalama — maskalama üzrə mühəndis tədbirlərini yerinə yetirmək üçün; – səhra su təminatı — suyun çıxarılması, təmizlənməsi və su təminatı məntəqələrinin qurulması; – mühəndis-aerodrom — aerodromların tikintisi və bərpası, onlarda qoruyucu qurğuların tikilməsi üçün; – dəniz mühəndis hissələri və gəmilərin yerləşdirilməsi üçün səyyar vasitələr hissələri — donanma qüvvələrinin yerləşmə məntəqələrinin hazırlanması və bərpası üçün; – mühəndis-təmir — mühəndis silahlandırma vasitələrinin təmiri üçün. Mühəndis təminatının əsas məqsədi-bütün silah növlərində yüksək səviyyədə və effektiv istifadə etmək üçün şərait yaratmaq, müasir silah növlərindən öz qoşunlarımın qorunmasını gücləndirmək və habelə düşmənin hərəkətini çətinləşdirmək və ona itki verməkdir. Döyüşün əsas təminatının əsas tapşırıqları: 1. Düşmənin və ərazinin mühəndis kəşfiyatının aparılması 2. Qoşunların tutduqları rayonlar xətlərin, mövqelərin və idarəetmə məntəqələrinin açılma rayonlarının fortifikasiya hazırlığı 3. Mühəndis maneələri sisteminin qurulması və saxlanılması dağıntıların yaradılması 4. Düşmənin nüvə minasının məhv edilməsi və ya zərərsizləşdirilməsi 5. Mühəndis maneələrində və dağıntılardan keçidlərin açılması 6. Əngəllərdən keçmələrin hazırlanması 7. Ərazinin və obyektlərin minalardan təmizlənməsi 8. Qoşunların hərəkəti və təxliyyəsi üçün yolların hazırlanması və saxlanılması 9. Su maneələrindən döyüşlə keçmək üçün keçidlərin hazırlanmsı və saxlanılması 10. Qoşunların mühəndis maskalanma tədbirlərini yerinə yetirməsi 11. Birləşmənin vertalyot bölməsinin hərəkətini təmin etmək üçün mühəndis tədbirləri 12. Düşmənin nüvə zərbəsinin nəticələrinin aradan qaldırılması üzrə mühəndis tədbirləri 13. Suyun çıxarılması, təmizlənməsi və su təminatı məntəqələrinin yaradılması