Həsən Əbdüləzimov (legioner)

Həsən Əbdüləzimov – Faşist Almaniyası dövründə almanların təşkil etdiyi Azərbaycan legionları tərkibində vuruşmuş sərkərdələrdən biri

Həsən Əbdüləzimov legioner kimi vuruşarkən kapitan rütbəsində II tabur komandiri vəzifəsini yerinə yetirmişdir. Sənədlərdə əslən Naxçıvanlı olması ilə bağlı məlumatlar əksini tapmışdır. Sonradan almanlara qarşı çıxdığına görə almanlar tərəfindən 1943-cü il oktyabrın 8-də Krımda Sultanovka kəndində qətlə yetirilmiş 9 nəfər legionerdən biridir.[1]

Yaqublu N. Azərbaycan legionerləri. Bakı: “Çıraq”, 2005, 336 səh.

  1. Yaqublu N. Azərbaycan legionerləri. Bakı: “Çıraq”, 2005, 336 s., s. 95