Həsən — Ərəb dilində "gözəl, xoş" mənalarını ifadə edir. İstilahi mənası barədə müxtəlif fikirlər var.
Həsən hədis ədalət şərtini daşımaqla bərabər zəbt baxımından səhih hədis ravilərindən aşağı dərəcədə olan ravilərin müttəsil sənədlə rəvayət etdikləri, o cümlədən şazz və illətdən uzaq hədisdir.[1]
Həsən hədis qüvvət baxımından səhih hədisdən aşağı olsa da, dəlil olma və əməl etmə baxımından eynilə səhih hədis kimidir.
Həsən terminini hədis elminə ilk dəfə Tirmizi gətirmişdir.