Həsən Mehdi oğlu Həsənov (1940, Qasımlı, Marneuli rayonu) — Azərbaycan SSR və Azərbaycan Respublikasının görkəmli alimi, xalq təsərrüfatının inkişafında əldə etdiyi nailiyyətlərə görə “ŞƏRƏF NİŞANI” ordeninin sahibi (1981), elmlər doktoru (1996).
Həsən Həsənov | |
---|---|
Doğum tarixi | 1940 |
Doğum yeri | |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həsən Həsənov 1940-cı ildə Gürcüstanın Marneuli (Borçalı) rayonunun Qasımlı kəndində kolxozçu ailəsində dünyaya göz açmışdır. 1958-ci ildə Qasımlı kənd orta məktəbini qızıl medalla bitirmişdir və Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakultəsinə qəbul olmuşdur.
1963-cü ildə institutu Fərqlənmə (Qırmızı) diplomu ilə bitirdikdən sonra, Azərbaycan Elmi-tədqiqat Hidrotexnika və Meliorasiya institutunda kiçik elmi işçisi kimi əmək fəaliyyətinə başlamışdır.
1966-cı ildə Moskva Hidromeliorasiya institutuna məqsədli aspiranturaya qəbul olmuş və 1970-ci ildə “Avtomatik impulslu yağışyağdırıcı apparatın hidravlikası” mövzusunda dissertasiya müdafiə edərək “Texnika elmləri namizədi” alimlik dərəcəsinə layiq görülmüşdür. Müdafiədən sonra ixtira etdiyi Avtomatik impulslu yağışyağdırıcı apparatın mükəməlliyini nəzərə alaraq, qurğunun kütləvi şəkildə istehsalına başlanılmışdır. "AİDA" adını almış bu qurğu xalq təsərrüfatında geniş şəkildə tətbiq olunmuşdur.
1970-ci ildən Azərbaycan Elmi-tədqiqat Hidrotexnika və Meliorasiya institutunda Baş elmi işçi kimi fəaliyyət göstərmiş və 1978-ci ildə müsabiqə yolu ilə “Hidrotexniki laboratoriya”-nın müdiri seçilmişdir.
Həsən Həsənovun elmi əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, dəfələrlə orden və medallarla təltif edilmişdir. 1975-ci ildə Moskvada keçirilən və dünyanın bir çox ölkələrinin nümayəndələrinin iştirak etdiyi “İrriqasiya və drenaj -75” beynəlxalq sərgisində “Balıqqoruyucu qurğunun yeni konstruksiyası” modeli müvəffəqiyyətlə nümayiş etdirilmiş və Həsən Həsənov sərginin gümüş medalı ilə təltif edilmişdir.
1981-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə xalq təsərrüfatının inkişafında əldə etdiyi nailiyyətlərə görə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
1985-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində nümayiş etdirilmiş "Balıqqoruyucu qurğunun yeni konstuksiyasının" təkmilləşdirilmiş modelinə görə, həmin sərginin bürünc medalına layiq görülmüşdür.
Həsən Həsənovun birbaşa rəhbərliyi ilə yeni avadanlıqla təchiz olunmuşdur “Hidrotexniki laboratoriya” quraşdırılmışdır.
Bu illər ərzində Həsən Həsənovun rəhbərliyi ilə laboratoriyada Azərbaycanın bir sıra su təsərrüfatları obyektlərində - o cümlədən Əyriçay, Tovuzçay, Şamxorçay, Qudyalçay, Boladıçay, Bazarçay, Vayxır və Viləşçay, Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında Samurçay – müvəffəqiyyətlə elmi tədqiqatlar aparılmış və xalq təsərrüfatına xeyli fayda verilmişdir.
Həsən Həsənov, eyni zamanda tədqiqat işləri ilə bərabər, 66 elmi işin və monoqrafiyaların müəllifi, 4 ixtiraya görə “Müəlliflik şəhadətnaməsi” almışdır.
1996-cı ildə suvarma sistemlərinin “ Suburaxıcı və balıqqoruyucu qurğularının layihələşdirilməsinin elmi əsasları ” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.