Həsənağa Novruz oğlu Əliyev (16 aprel 1923, Binə, Bakı qəzası – 20 fevral 2000[1]) — fəxri neftçi, əməkdar həkim, tibb elmləri doktoru, professor.
Həsənağa Əliyev | |
---|---|
Həsənağa Novruz oğlu Əliyev | |
Doğum tarixi | 16 aprel 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 20 fevral 2000[1] (77 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
|
Həsənağa Novruz oğlu Əliyev 1923-cü ildə Bakı şəhəri Binə kəndində anadan olmuşdur. O 1941-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, 1946-cı ildə isə oranı müvəffəqiyyətlə bitirmişdir.
1941–1945-ci illər müharibəsi qələbə başa çatdıqdan sonra Azərbaycan neft sənayesi daha böyük sürətlə başa çatdıqdan sonra Azərbaycan neft sənayesi daha böyük sürətlə inkişaf etməyə başlamışdır. Nefçilərə tibbi yardım, həmçinin onların ümumi və peşə xəstəliklərinin müalicə məsələsi gənc həkim Həsənağa Əliyevə həvalə edilir. Onun fəaliyyəti kiçik tibb məntəqəsindən başlayır. İş şəraitinin ağırlığı və özünəməxsus dəniz şəraitində işləyənlər arasında peşə və yolxucu xəstəliklərin həcmini günü-gündən artırırdı. SSRİ Neft Sənayesi Nazirliyinin rəhbərliyi qarşısında nefçilər üçün xüsusi xəstəxana və poliklinkanın tikilməsi məsələsini qaldırır. Həsənağa Əliyevin əzmkarlığı və gərgin əməyi nəticəsində 1956-cı ildə 100 çarpaylıq xəstəxana və poliklinika-SSRİ-də nefçilər üçün ilk müalicə profilaktika müəssisəsi istifadəyə verilir.1973-cü ildən etibarən onun ixtira etdiyi maqnitoterapiya aparatı xəstəxana şəraitində müalicə üçün geniş tətbiq olunmaqdadır.[2]
Ömrünün sonuna kimi Mərkəzi Neftçilər Xəstəxanasının Baş həkimi vəzifəsində çalışıb. 20 fevral 2000-cü il tarixində vəfat edib.