Həsənov Allahverdi — (24 fevral 1960, Cil, Çəmbərək rayonu – 1 yanvar 1994, Yanşaq, Kəlbəcər rayonu) — Azərbaycanlı şəhid.
Həsənov Allahverdi | |
---|---|
Həsənov Allahverdi Qurban oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göyçə mahalı |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu Yanşaq |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Rütbə | Əsgər |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Həsənov Allahverdi Qurban oğlu 24 mart 1960-cı ildə Göyçə mahalında anadan olmuşdur. O, Cil kənd orta məktəbini bitirdikdən sonra 1978-ci ildə həqiqi həbi xidmətə çağırılmış və hərbi xidmətini Ukrayna Respublikasında keçmişdir. Allahverdi Həsənovun ən böyük arzusu təyyarəçi olmaq olmuşdur. O, 1980-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra yaşadığı kənddə təsərrüfatla məşğul olmuşdur. İki övlad atası olan Allahverdi Həsənov 1984-cü ildə Xarkov şəhərində hərbi məktəbə daxil olmuş, oranı əla qiymətlərlə bitirdikdən sonra təyinatla Gəncə şəhərinə göndərilmiş, "AN-2" təyyarəsində mexanik vəzifəsində işləmişdir. Həsənov Allahverdi Qurban oğlu 1 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən qızğın döyüşlərdə həlak olmuşdur.[1]
Azərbaycanın başı üzərini qara buludlar alanda Alahverdi Həsənov 1993-cü ildə könüllü olaraq cəbhəyə yollanmış, 701 saylı hərbi hissənin tərkibində motoatıcı taborunda bölük starşınası kimi xidmət göstərməyə başlamışdır, Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə böyük hünər göstərmişdir. Həsənov Allahverdi Qurban oğlu 1 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən qızğın döyüşlərdə həlak olmuşdur.