Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi (qısaca: HOREX Caucasus) — Hər il Azərbaycan Respublikasında keçirilən turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri[1]. Bu sərgi Cənubi Qafqaz və Xəzər regionunun qonaqpərvərlik sənayesinin mühüm tədbiridir. Sərgi mehmanxana və restoran biznesinin mütəxəssisləri üçün ideal işgüzar platforma təmin etməklə, öz məhsul və xidmətlərini nümayiş etdirmək, turizm sənayesinin aparıcı nümayəndələri ilə fikir və təcrübə mübadiləsi aparmaq, habelə yeni işgüzar əlaqələrin qurulmasına münasib şərait yaradır. Təşkilatçısı "Caspian Event Organisers" şirkətidir[2].
2016-cı ildə X yubiley sərgisi keçirilmişdir. 200-dən artıq şirkət iştirak etmişdir[1].
Ölkədə mehmanxana, restoran, idman kompleksləri və biznes mərkəzlərinin intensiv tikintisi ilə əlaqədar bu sərginin keçirilməsi olduqca aktualdır[3].