HP-GL

HPGL (= HP-GL, Hewlett-Packard Graphics Language) – qrafik görüntülərin emalı və saxlanması üçün Hewlett-Packard şirkətində işlənib hazırlanmış dildir. Bu dil ilkin olaraq plotterdə çıxarılan görüntülər üçün nəzərdə tutulmuşdu; HPGL, qrafikanı göstərişlərdən ibarət iki metafayla çevirir ki, bunların da əsasında proqram ilkin görüntünü qura bilir. Hazırda, demək olar ki, bütün plotterlər üçün standartdır. Hewlett-Packard printerləri PCL ilə yanaşı, HPGL dilini də dəstəkləyir. Dilin komandaları iki hərfdən və ondan sonra gələn əlavə parametrlərdən ibarətdir. Məsələn, qövs (arc) çəkmək üçün aşağıdakı komandadan istifadə etmək olar:

AA100,100,50;

burada, AA – "Arc Absolute" sözlərinin qısaltması, 100,100 – qövsün mərkəzi nöqtəsinin koordinatları, 50 isə saat əqrəbinin əksinə ölçülən başlanğıc bucaqdır. Adətən, HPGL faylları parametrlərin quraşdırılmasından ibarət bir neçə komanda ilə başlayır və qrafik komandaların uzun siyahısı ilə davam edir.

Komanda Mənası
İN; rəsm prosesinin başlanğıcını qoyur
İP; başlanğıc nöqtəni müəyyən edir; bu halda susqunluqla 0,0
SC0,100,0,100; səhifənin ölçülərini X və Y istiqamətində 0-dan 100-dək edir
SP1; 1 qələmini seçir
PU0,0; qələmi başlanğıc mövqeyə aparır
PD100,0,100,100,0,100,0,0; verilmiş mövqelərə görə qələmi endirir və hərəkət etdirir (səhifənin ətrafına düzbucaqlı çəkir)
PU50,50; qələmi qaldırır və 50,50 mövqeyinə aparır
CI25; radiusu 25 olan çevrə çəkir
SS; standart şrift seçir
DT*,1; mətn ayırıcısı olaraq * qoyur və onun kağızda çapını qadağan edir (1 — "true")
PU20,80; qələmi qaldırır və 20,80 mövqeyinə aparır
LBHello World*; yazını çəkir
  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.