HTC One X — HTC tərəfindən istehsal olunan mobil telefon.
HTC One X | |
---|---|
Brend | HTC |
İstehsalçı | HTC |
Buraxılış tarixi | 2012 |
Ölçüləri |
134.36 mm (uzunluq) 69.9 mm (en) 8.9 mm (qalınlıq) |
Çəkisi | 130 qram |
Əməliyyat sistemi | Android |
Operativ yaddaş | 1 QB RAM |
Yaddaş | 32 QB |
Ekran | 4.7 düym, 1280x720 piksel |
Arxa kamera | 8 meqapiksel |
Bağlantı |
Wi-Fi Bluetooth 4.0 |
Smartfon üçüncü nəsil nVidia Tegra platforması əsasında hazırlanıb. Tegra 3 (Kal-El) platformasının əsasını 4 əsas Cortex-A9 (1,5 QHz takt tezliyinə qədər) hesablayıcı nüvəsi ilə olan ARM prosessoru və fon rejimində adi məsələlərin icrası üçün nəzərdə tutulmuş köməkçi zəif nüvə təşkil edir. Bundan əlavə, çip tərkibinə 12 nüvəli GeForce qrafik kontrolleri daxildir. Smartfon 1 Qb əməli yaddaş, 32 QB tutuma malik fləş daşıyıcı, Wi-Fi (802.11b/g/n) və Bluetooth 4.0 simsiz əlaqə adapterləri, HD video dəstəkli 8 meqapikselli əsas kamera, ön kamera və Beats Audio audiosistemi ilə təchiz ediləcək. Sensor ekranın diaqonalı 4,7 düym və onun kəskinliyi 720×1280 nöqtə təşkil edəcək.[1]