Haşım bəy Sağib

Haşım bəy Sağib - XX əsr əvvəli Azərbaycan jurnalisti.

Haşım bəy Sağib
Vəfat tarixi
Vəfat yeri Bakı
Fəaliyyəti jurnalist

XX əsrin əvvəllərində Bakının tanınmış ziyalılarından biri olub. Haşım bəy Sağib həm də dövrünün xeyriyyəçi, maarifpərvər şəxsiyyətlərindən olub. O, jurnalist və publisist kimi Azərbaycan dövri mətbuatında - "Yeni yol", "Maarif və mədəniyyət" və başqa qəzet və jurnallarda çap edilmişdir.

Haşım bəy Sağib Səməd Mənsur, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Əliağa Vahid kimi şairlərlə yaxından dostluq edirmiş. Əliağa Vahidin kamilləşməsində Sağibin də böyük rolu olub. O, həm də dövrünün varlı adamlarından biri idi. Din xadimləri ilə yaxından rəfiqlik etməsinə baxmayaraq həmişə fanatizmdən uzaq olub. Həyat yoldaşı Xoşsima xanım da maarifpərvər qadın imiş.

Haşım bəyin dörd qız övladı olub. İki qızı Rübabə və Ruqiyyə tibb işçisi olublar. Nuriyyə xanım Peterburqda - Smolnı İnstitutunda təhsil almış ilk Azərbaycan qızlarından biridir. Nəcibə Məlikova isə sonradan tanınmış Azərbaycan akrtisası olub. İlk təhsilini əvvəlcə kənddə, sonra da şəhərdə alıb.

XX əsrin 30-cu illərində başlayan qanlı repressiyanın qovğası bu ailənin də taleyində ağır izlər qoymuşdur. Haşım bəy Sağib 1931-ci ildə qəflətən vəfat edib.[1]

2022-ci ildə Haşım bəy Sağib haqqında Kənan Hacının "Fəna fasiləsi" kitabı işıq üzü görüb.[2]

  1. "Azərbaycan Qəzetinin Rəsmi internet səhifəsi". adalet.az. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-04.
  2. Real TV. ""Əkinçi"dən "Çapar"a" (az.). Youtube.com. 12.09.2022. 2022-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-12.