Haaga-Helia Tətbiqi Elmlər Universiteti — Finlandiyanın Helsinki şəhərində tətbiqi elmlər universiteti. Universitet Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən akreditasiya olunub və Finlandiya hökuməti tərəfindən tam nəzarət edilir.
Haaga-Helia Tətbiqi Elmlər Universiteti | |
---|---|
Haaga-Helia ammattikorkeakoulu[1] | |
![]() | |
Əsası qoyulub | 1 yanvar 2007 |
Tələbə sayı | təq. 10.500 |
Ölkə | |
Sayt | haaga-helia.fi |
2007-ci ildə Helsinki Biznes İnstitutu və Haaga Politexnik Institutu birləşəndən sonra yeni Haaga-Helia Tətbiqi Elmlər Universiteti yarandı.
Universitet Biznes, İnformasiya texnologiyaları, İdman, Turizm və tədbirlərin idarə edilməsi, Jurnalistika və Müəllim təhsili üzrə bakalavr və magistr kursları təklif edir. Təxminən 11.000 tələbəsi var, onlardan 1.000-dən çoxu xarici tələbələrdir.[2]
Biznes sahəsində universitet Skandinaviya ölkələrinin ən böyük universitetlərindəndir.
Universitet 29 dərəcə proqramı təklif edir. Onlardan 16-sı bakalavr, 13-ü isə magistr dərəcələridir. 15 dərəcə proqramları tamamilə ingilis dilində aparılır.
Haaga-Helia 5 kampusda fəaliyyət göstərir: Pasila, Haaga, Malmi, Porvoo və Vierum kampusları.[6]