Haaqa Konfransı (1922, iyun-iyul)

Haaqa konfransıI dünya müharibəsindən sonra dünyada iqtisadi, siyasi sistemi normallaşdırmaq, rusiyadan borcların geri alınması üçün təşkil olunan beynəlxalq konfransdır[1].

Əvvəlki hadisələr[redaktə | mənbəni redaktə et]

Haaqa konfransından əvvəl İngiltərənin baş naziri Lloyd Corc Kannda keçirilən Müttəfiqlərin Ali Şurasının iclasında dünyada maliyyə-iqtisadi problemləri həll etmək üçün beynəlxalq konfransın çağırılmasını təklif edir. Onun bu təklifi qəbul olunur. Qəbul olunan qətnaməyə görə Genuyada çağırılacaq konfransda baş nazirlər iştirak etməli idi. Konfransda İngiltərəni baş nazir Lloyd Corc, Almaniyanı kansler Virt, Fransanı xarici işlər naziri Lui Bartu, İtaliyanı baş nazir Fakta təmsil edirdi. Sədr Fakta seçilir. Konfrans qarşısına qoyduğu problemlərin-Almaniyadan təzminat almaq, borclar, Rusiya məsələsi və Yaxın Şərq məsələlərinni demək olar ki, heç birini həll edə bilmir. Qəbul edilən qərara əsasən, bu problemlərin həllinin davamı (xüsusilə Rusiyadan borcların alınması) Haaqada keçiriləcək konfransa qədər ertələnir.

Konfrans[redaktə | mənbəni redaktə et]

Haaqa konfransı 1922-ci il iyun ayının 15-dən iyulun 20-dək davam etmişdir. Konfransda rus və qeyri-rus komissiyaları, xüsusi mülkiyyət, borclar və kredit yarımkomissiyaları yaradıldı. İyun ayının 27-də keçirilən kredit yarımkomissiyasının ilk iclasında sədr qərar qəbul etmək deyil, vəziyyəti öyrənmək üçün toplandıqlarını bildirdi. Borclar üzrə yarım komissiya da belə bir nəticəyə gəldi. Xüsusi mülkiyyət yarımkomissisında xarici ölkə vətəndaşlarının Rusiyada olan mülklərinin qaytarılması tələb edildi. İlk növbədə neft mədənlərinə olan iddialar irəli sürüldü. Xüsusi mülkiyyətin qaytarılması tələbi və buna Rusiyanın yersiz iddiaları konfransın işini pozdu. Bu şəraitdə müzakirələrin aparılması səmərəsiz idi. İyulun 19-da sovet nümayəndə heyəti belə bir təklif irəli sürdü-Rusiya müharibədən əvvəlki borcları qəbul edir və onları ödəməyə hazırdı, Rusiyada mülkiyyəti olan və konsessiyalar ala bilməyən keçmiş sahibkarların haqqını ödəyəcəkdir, iki il müddətində maraqlı şəxslərə borcların ödənilməsi haqqında saziş imzalanacaqdır. İngilislər bu təklifə tərəfdar, fransızlar isə əleyhinə çıxdılar. Sovetlər xariciərə fərdi qaydada konsessiyalar verilməsinin mümkünlüyünü, Avropa dövlətləri isə vahid konsorsium yaradılması ideyasını irəli sürdülər. Rusların bu təklifləri əməli mahiyyət daşımadan uzaq olub, Avropa dövlətləri arasında ixtilaflar yaratmaq və təbliğat məqsədi güdürdü. Ona görə də iyulun 20-də konfrans belə bir qətnamə qəbul etdi- Rusiyadan ayrı-ayrılıqda konsessiyalar alınması ideyası rədd edilsin. Konfransda bolşevik nümayəndə heyətinin Rusiyanın keçmiş borclarının olmasını qəbul etməsi Avropa dövlətlərini razı saldı. Bununla da konfrans öz işini başa çatdırdı. Lakin dövlətlər arasında olan maliyyə-iqtisad məsələləri həll etmək mümkün olmadı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. История дипломатии. Т.3, М.: 1965.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Həsənov C., Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-cı illər), B., 1993.