Habertürk TV — Türkiyədə Ciner Yayım Holdinq şirkətinə məxsus olan xəbər kanalıdır. Türk dilində xəbərlər yayımlayan kanalın təsisçisi Ufuq Güldəmir olmuşdur.
Habertürk TV | |
---|---|
Ölkə | Türkiyə |
Yayım ərazisi | Türksat 4A peykinin əhatə dairəsi |
Dil | Türk dili |
Baş qərargah | Əbdülhaqhəmid prospekti 25, Talimxana, Beyoğlu, İstanbul, Türkiyə[1] |
Yaranma tarixi | 20 mart 2001 |
Sahibi |
Ufuq Güldəmir (2001-2007) Turxay Cinər (2007-h.h.) |
Rəhbərlik | Suat Tokdaş |
Şüar |
Gücü azadlığındadır. (mart 2001-mart 2015) Xəbər deyiləndə Habertürk (mart 2005-h.h.) |
Qardaş kanallar |
Habertürk Radio (2001-h.h.) Bloomberg HT (2010-h.h.) Bloomberg HT Radio (2010-h.h.) Show TVHD (2013-h.h.) Show Türk (2013-h.h.) Show Max (2013-h.h.)[2] |
Sayt | haberturk.tv |
Vikianbarda əlaqəli mediafayllar |
Habertürk TV, Ufuq Güldəmir tərəfindən 23 mart 2001 tarixində Habertürk Radio ilə birlikdə təsis edilmişdir. Milli yayımçı olan telekanal, Ufuq Güldəmirin vəfatından[3] sonra 16 noyabr 2007-ci il tarixində "Ciner Yayım Holdinq" şirkətinə satıldı. 27 oktyabr 2008-ci il tarixində kanalla eyni şirkətə məxsus olan digər televiziya kanalı "Kanal 1"-in analoq yayım tezliyindən yayımlanmağa başladı və "AGB"-nin reytinq hesabatına qatıldı. Kanalın rəhbəri uzun müddət Ərdoğan Ağdaş idi. Lakin 4 avqust 2009-cu ildə vəzifəsindən istefa verərək A Xəbər telekanalına keçdi. Ağdaşdan sonra boş qalan rəhbərlik vəzifəsinə İgid Bulud gəldi. Əli Çağatay isə kanalın xəbər koordinatoru oldu. Lakin daha sonra — 2012-ci ildə "Ciner Yayım Holdinq"-in qəbul etdiyi qərar əsasən şirkət, İgid Buludla əməkdaşlığı dayandırdı.[4] Əlavə olaraq İgid Buludun, şirkətin qəzeti olan "Habertürk qəzeti"-dəki yazarlığı da sona çatdı.
15 sentyabr 2014-cü il tarixində "HD" yayıma, 16 iyun 2013-cü il tarixində isə 16:9 (geniş çərçivə) formatlı yayıma keçən telekanal, 19 sentyabr 2016-cı il tarixində studiyasını yeniləmişdir.
Telekanalın ən çox izlənilən verilişlərindən biri Fateh Altaylının təqdim etdiyi "Təkbətək" verilişidir.[5]