Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
İbrahim İbrahimov(tam adı: İbrahim Hüseyin oğlu İbrahimov; 28 may 1958) — milyonçu, "Nehrəm Xəzər" layihəsi ilə məşhurlaşan, Naxçıvan Ali Məclisinin I çağırış deputatı, iş adamı, bankir.[1]
İbrahim İbrahimov | |
---|---|
İbrahim Hüseyn oğlu İbrahimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 may 1958 (66 yaş) |
İxtisası | Naxçıvan Dövlət Universteti |
Fəaliyyəti | iş adamı |
İbrahim İbrahimov 1958-ci ildə Azərbaycanda, Naxçıvan MSSR, Babək rayonunda anadan olub. İbrahim İbrahimov Hüseyn oğlu kimi tanınan Hacı İbrahim Nehrəmli Xəzər adaları layihəsi ilə məşhurlaşmış Azərbaycanın iş adamlarından biridir. Altmış dörd yaşlı İbrahim İbrahimov 1958-ci ilin 28 mayında Naxçıvan AR Babək rayonunun Nehrəm kəndində anadan olub. Orta məktəbi o, Nehrəm kəndində bitirib. Həmçinin o, Naxçıvan Dövlət Universitetinin iqtisadi fakültəsini bitirib. İbrahim İbrahimov evlidir və onun iki övladı var.
İbrahim İbrahimov anadan olduğu və yaşadığı regionda bir sıra məscidlər, xəstəxanalar, məktəblər tikdirmiş və təmir etmişdi, həmçinin tarixi abidələri bərpa etmişdi. O, kəndlərdə su boruları, körpülər tikərək, yollar salaraq kəndlərin infrastrukturunu yaxşılaşdırmışdır.
1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra İbrahim İbrahimov "İkan"adlı tikinti şirkətinin əsasını qoyur.
1995–2000-ci illərdə İbrahimov Naxçıvan Ali Məclisinin deputatı seçilmişdir. O, 2000-ci il parlament seçkilərində 4 saylı Babək-Şahbuz seçki dairəsi üzrə deputatlığa bitərəf namizəd olmuşdur. 2000-ci ildən sonra o, öz siyasi fəaliyyətinə son qoyur.
1996-cı ildə o, müxtəlif şirkətlərini "Avesta holdinqə" birləşdirmişdi. Bu holdinqin Rusiya, Türkiyə, İran, Polşa, Çexiya, Çin, Koreya və BƏƏ ilə əlaqələri var. İbrahim İbrahimovun ən böyük layihəsi Xəzər dənizinin sahilində suni adalarda salınmış yaşayış məntəqələridir. Bu layihənin ən əsas uğuru bir kilometrdən çox hündürlüyü olan dünyanın ən hündür qülləsi olacaq.
İbrahimov qardaşları həmçinin Azərbaycanın ictimai həyatında, xüsusəndə ATV kanalının fəaliyyətində aparıcı mövqe tuturlar.
İbrahimov Fərman Eyvazlı və Teymur Bünyadov tərəfindən öz uğuruna və xeyriyyəçi fəaliyyətinə görə mükafatlanmışdı. Bu yazıçılar onun şərəfinə "Həci İbrahim Nehrəmli" , digər adla isə "İnsanlığın yüksək dərəcəsində" əsərlər yazmışdılar.
İbrahim İbrahimov evlidir 2 övladı var: 1 qız, 1 oğlan.