Mirzə Hacı Baba Avşar (fars. افشار، حاجی بابا) — öz ölkəsində müasir Avropa tibbini tətbiq edən ilk iranlı həkim. O, Qacar vəliəhdi Abbas Mirzə və onun oğlu Məhəmməd şah Qacarın (1834–1848) sarayında baş həkim idi.[1]
Hacı Baba Avşar | |
---|---|
Vəfat tarixi | 1842 və ya 1843 |
Vəfat yeri | |
Fəaliyyəti | həkim |
"Hacı Baba" adətən uşağa babasının və ya ulu babasının adının qeyd edilməsi və yad edilməsi zamanı verilən ad olduğundan onun əsl adı məlum deyil.[2]
O, 1811-ci ildə bir neçə nəfər ilə birlikdə vəliəhd şahzadənin hesabına və ser Harford Cons-Bridcesin nəzarəti altında İngiltərəyə tibb və kimya üzrə təhsil almağa göndərilib. İngiltərədə səkkiz il qalsa da, diplom ala bilməyib. Qayıdandan sonra o, Məhəmməd şah Qacarın yanında saray həkimi kimi çalışıb. Hacı Baba Avşar təxminən 1842 və ya 1843-cü ildə vəfat etmişdir. Onun Mirzə Məhəmməd Mustavfi və Mirzə Əli adlı iki oğlu var idi. Rusiyada mədən mühəndisi olan Cəfərqulu Bəy adlı bir qardaşı da var idi.[2]
Hacı Babanın Ceyms Moriyer tərəfindən yazılmış "İsfahanlı Hacı Babanın sərgüzəştləri" (1824) və "İsfahanlı Hacı Babanın İngiltərədəki sərgüzəştləri" (1828) romanlarının ilham mənbəyi olduğu güman edilir.[3] Stüartın dediyinə görə, Hacı Baba, Moriyerin "İsfahanlı Hacı Babanın sərgüzəştləri" romanında onun adından istifadə etməsinə çox əsəbləşib.[4]