Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqalə qaralama halındadır. |
Əbdürrəhim bəy Haqverdiyevin ədəbi fəaliyyətə Hacı Daşdəmir (1884) əsəri ilə başlamışdır. Ədib bu kiçik pyesi Şuşa real məktəbində təhsil aldığı dönəmdə yazmışdır.
1884-cü ildə Haqverdiyev Şuşada bir teatr tamaşasında iştirak edir. Tamaşa gənc Əbdürrəhimə çox xoş gəlir və onun ədəbi yaradıcılığa başlamasına təsir edən ilk amillərdən biri olur. Ədib özü deyir: "Yadımdadır, Mirzə Fətəlinin "Xırs quldurbasan"ı oynanılırdı. Bu əsəri gördükdən sonra Mirzə Fətəlinin məcmuəsini tapıb oxumağa başladım, hətta "Hacı Daşdəmir" adlı bir komediya da Mirzə Fətəlinin "Hacı Qara"sı məzmununda yazıb Yusif bəy Məliknəzərovun mülahizəsinə verdim. Yusif bəy həqiqi pedaqoq idi. О, mənim bu pyesimi bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm".