Hacı Fərəculla hamamı — Azərbaycanın paytaxtı, Bakı şəhərində mövcud olmuş və yerli əhəmiyyətli tarixi abidə olmuş hamam.
Hacı Fərəculla hamamı | |
---|---|
Hacı Fərəculla hamamı | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı, Yasamal, Murtuza Muxtarov küçəsi, 83 |
Aidiyyatı | Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi |
Tikilmə tarixi | 1888 |
Vəziyyəti | Sökülüb |
Təyin edilib | 2 avqust 2001-ci il |
İstinad nöm. | 3700 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
2016-cı ilə qədər hamam Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuş və Azərbaycan Dövlət Yuğ Teatrı tərəfindən istifadə edilmişdir.[1]
Hamam 2016-cı ilə qədər tarixi abidə kimi 3700 inventar nömrəsi ilə müvafiq qanunun “Yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısı”nda olmuşdur.[2]
18 may 2016-cı ildə hamamın adı tarixi abidələrin siyahısından çıxarılmış[3] və bir müddət sonra sökülmüşdür.[4][5]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |