Hacı Fətulla xan Səidüssəltənə

Hacı Fətulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1871–1926) — ədib, İran hərbçisi.

Hacı Fətulla xan Səidüssəltənə
Hacı Fətulla xan acı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai
Doğum tarixi
Doğum yeri Təbriz, Qacarlar dövləti
Vəfat tarixi
Vəfat yeri Təbriz, Cənubi Azərbaycan
Vətəndaşlığı Qacarlar dövləti

Hacı Fətulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba 1871-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Fətullaya əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi.

Hacı Fətulla xan bütün elmlərə bələd olduqdan sonra hərbi işlərlə ilgilənmişdi. Səidüssəltənə ləqəbini daşıyırdı.

Hacı Fətulla xan Müzəffərəddin şah zamanı (1896-1907) Marağanın Müqəddəs Topçu alayının rəisi olmuşdu. Həmin dövrdə Tehranın idarəsi ona tapşırılmışdı. Sonra Tehran şəhər polis idarəsinin rəisi təyin edilmişdi. O, 1901-1902-ci illərdə Kirman əyalətinin hakimi, əmisi və qaynatası olan Mirzə Mahmud xan Əlaülmülkün müavini vəzifəsində çalışmışdı.

Hacı Fətulla xan 1906-cı ildə Buşehr hakimi, Məşrutə hərəkatının əvvələrində Tehran polisinin rəisi olmuşdu.

Hacı Fətulla xan 1926-cı ildə Təbrizdə vəfat etdi.

Hacı Fətulla xan ibn Hacı Mirzə Məhəmmədrəfi ibn Hacı Mirzə Əliəsgər ibn Mirzə Rəfi ibn Mirzə Əbutalib vəzir ibn Mirzə Səlim naibülsədr ibn Mirzə Məhəmmədsəid Mirzə Əli Kəbir ibn Mirzə Rəfi ibn Mir Mütəllib ibn Mir Fəttah ibn Məhəmməd Sədrəddin ibn Məcidəddin ibn Seyid İsmayıl ibn Mir Əli Kəbir (Şah mir) ibn Mir Əbdülvəhhab ibn Seyid Xəlil Əmir Əbdülqəffar ibn Əmir Hacı Seyid İmadəddin ibn Seyid Həsən Fəxrəddin ibn Seyid Məhəmməd Kamaləddin ibn Seyid Həsən ibn Seyid Əli Şəhabəddin ibn Mir Əli İmadəddin ibn Seyid İmad ibn Seyid Əli İmadəddin ibn Məhəmməd Əbülhəsən ibn Seyid Əhməd ibn Abdulla ibn Seyid İsmayıl Dibac ibn Seyid İbrahim əl-Qəmər ibn Həsən əl-Müsənna ibn Hüseyn ibn Əli.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]