Hacı Məcid Əfəndi Əfəndizadə

Əfəndizadə Hacı Məcid Əfəndi ( Mövlanə Hacı Abdulla Həmid Əfəndi Hacı Mustafa Əfəndi oğlu; 1829, Şamaxı - 1908, Şamaxı) - Şamaxı Məktəbbr Komissiyasmın sədri, Bakı Qəza Müsəlman Məclisinin sədrİ, Quberniya qazısı, görkəmli maarifçi və dində reformator.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əslən indiki İsmayıllı rayonunun Diyallı kəndİndəndir. Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Ilk təhsilini atasının mjllaxanasıda almsş, sonra da 3 il Şamaxıda dünyəvi təhsil almışdır. Atasınm təkidi ib 1846-cı ildə İstanbula gəlir. Aii Ruani məktəbinə daxil olur. Orada İlahİyyatla yanaşı tarix, coğrafıya və nücum tlmləri üzrə də təhsil alır. 4 üdən sonra oranı müvəffəqiyyətlə biürib "Əfəndi" titulu alır. Dini və dünyəvi təlısilin ərəb sistemini də öyrənmək istəyir. Bu məqsədlə Vətənə dönmədən Bağdada üz tutur. Orada daha yüksək pilləli Ali Ruhani Universitetinə daxil olur. 4 il də orada təhsil aldıqdan sonra oranı da "müfti" titulu ilə bitirib, əvvəlcə Məkkəyə gedib müqəddəs "Həcc" ziyarətini icra edir və sonra da Albaniyaya, Tiranaya gedir. Oranın dini məktəbbrində dərs deməklə eyni zamanda din və şəriət sahəsində tədqiqat aparır, "Bəktaşilik" təriqətini araşdmnaqla məşqııl olur. Nəhayət onda təriqətçiliyə qarşı əks bir fıkir yaranır. 4 İlə yaxın fəaliyyəti nəticəsində o Tiranada xalq tərəfindərı tanınır, sevilir, ərəb, türk və Avropa mədəniyyəti barədə xeyli molumat toplayır. Hacı Məcid Əfəndi öz dini fəaliyyətində xeyli mütərəqqi və sİvİl bir yol tutınaq arzusu ilə yaşayırdı. Ona görə də o ömrünün 12 İlini vətənindən, ailəsİndən ayrı yaşamağa həsr etdi. 1858-ci ilin sonlarında "şərbt alimi" dini-elmi titulla Albaniyanı tərk edərək Şamaxiya qayıtdı və böyük "Cümə" məscidinə baş imam təyin olundu. İlk islahatmı da buradan başladı. Şamaxıda o zaman 21ni3scid var idi. Bunlarm hər birinə 20-30 nəfər molla toplaşmışdı, məscidlərin gəlirlərini zəli kimi sorurdular, məscidbr tərair işi və xeyriyyəçilİk üçün vəsail tapa bİlmirdi. Zaqafqazİya General Qubernatorluğunun 22 noyabr 1846-cı il tarixlİ qərarmda hər 100 ailəyə 1 nəfər molla nəzərdə tutulurdu. Buna əsasən də Şamaxı şəhərinə 33-34 nəfər molla kifayət İdi. Lakin təkcə "Cümə"məscidində 50-60 nəfər "Yasin" əzbərçisi toplanmış idi. Hacı "Cümə" məscidində 20-dən artıq mollanı ixtisar etdi. Eyni zamanda bir sıra mənimsəmə vo israfçılığın qarşısını almaqla məscidin icarədən əld? etdiyi illik gəlİrin məbləğini 3,5 dəfə aıtıraraq 618 manatdan 2051 manata çatdırdı. Bunun da nəticəsi olaraq az vaxta məscidin yanında məktəb binası və orada təhsil alası kənd uşaqları iiçün yataqxana tikdirdi, müəllimlər təyin etdi, dİni vo dünyəvi ləhsilə başladı. 1 865-ci illərdə Şamaxıda xüsusi Maarif Komissiyası yaratdı. Özünün sədrlik etdiyi bu komissiya Şamaxı şəhVıində və qəzanm bir sıra kəndlərində onlarla yeni üsullu məktəblər aça bildi. Bu işin təşkili üçün Hacı dəfələrb Qubematora yazılı müraciət edərək onun icazəsi və yardımma nail ola bildi. 1879-cu ildə Hacımn xahİşi və Şamaxılı müfti Əbdülhəmid Əfəndizadənİn (1812-1881) köməyi ilə Qori seminariyası nəzdində Azərbaycan şöbosi açıldı. Şamaxıda seminariya açılması barədə Hacınm Qubernatora yazdığı xahişi nəticəsiz qaldı. Ona görə ki, Hacmın bu təşəbbüsü yerli varlılar və ruhanİIər tərəfındən dəstəklənmədİ. Bu fəaliyyətində Hacı tək deyildİ. Onun Əbdülhəmid Əfəndizadə, S.Ə. Şirvani, Ünsizadə qardaşları, H. B. Zərdabi, Salamovlar, Veysovlar, Sabir, Səhhət kimi onlarla həmfikir və həmkarları var idi. 1997-ci İldə Hacı öz dostu Ö. F. Nemanzadəni Məclis məktəbində dərs demək üçün Şamaxıya dəvət etdi və Faiq Əfəndi 1902-ci ilə kimi bu məktəbdə müəllimlik etdi. Ö. F. Nemanzadə Şamaxıda məktəb işinin geniş inkişafını qeyd edərək göstərir ki, bu məktəbləri İdarə edən cəmiyyətin başında quberniya qazısı Hacı Məcid Əfəndi, üzvləri İsə Salamovlar, Veysovlar, Abdullayevlər kimi adamlar dururdu. . Hacı 1869-cu İldən ömrünün sonuna qədər Quberniya Müsəlman Məclisinin sədri, Quberniya qazısı və Maarİf komİssİyasmm sədri işlədi. Arxİv sənədlərindən məlum olur kİ Hacı S. Ə. Şirvaninin, M. Ə. Sabirin, A. Səhhətin, H. B. Zərdabinin və digər şair, ədib və maarifçi ziyalıların ən yaxın dostu olmuşdur. Sabirə və onun ailəsİnə dairn maddi yardım etmişdir. Hacı Məcid Əfəndi həm də böyük xeyriyyəçi idi. 1879-1880-cı illərdə qəzada baş verən achq vaxtı 1000-dən artıq aibni himayəsinə götürüb, onları ərzaqla təmih etdi. 1902-ci il zəlzələsində özülünə qədər uçub dağılmış "Cuma" məscidini yenidən və əvvəlkindən də möhkəm və gözəl memerlıq üslubunda inşa etdirdİ. İ905-Cİ ilin qanlı qırqmlarmın Şamaxıda qarşısmı aldı. Müsəlman, erməni, malakan və yəhudibrin nümayəndələrini Şamaxı şəhərinin Qalabazarı meydanına topladı. 3 mİndən artıq adamın iştirak etdiyi bu yğmcaqda Hacı sağ əlində '"Qurani-Kərim" qismən hündür bir yerə çıxıb hammın anlayacaqı tərzdə, olduqca təsirli bir nitq söybdi. Ərazidə mİlli barışıq yarada bildı. Bebliklə 1905-ci ilin qanlı qırqınları Şamaxıdan yan keçdi. O zamamn canlı şaidləri söyləmişlərki, güclü bir hökumətin qarşısmı ala bilmədiyi bir qırqmın qarşısını Hacə Məcid Əfəndi aldı və Şamaxı qəzasında qan tökülməsinin qarşısənı alaraq təkcə müsəlmanların deyil, eyni zamanda bu ərazidə yaşayan erməni, malakan və digərbrinin sevimlisi oldu. Deyirbr Hacının dəfh mərasiminlə çoxsaylı ermənilər və malakanlar da iştirak etmişlər. Ümumiyyətb Şamaxımn ictimai həyatında Hacmın əvəzsiz xidmətləri olmuşdur və onun bu xİdmətbri o zamankı Çar üsul-idarəci tərəfındən xüsusi dövlət təltifləri ilə qeyd edilmişdi. 1890-1905-ci ilbr arasmda Hacı Məcid Əfəndİ 4 dəfə Çar hökuməti tərəfındən təltif olunmuşdur. 1-ci dəfə maarif sahısindəki xidmətlərinə görə 2-ci dərəcəlİ gümüş "Stanislav", 2-ci dəfə 1879-ildəki aclıq zamanı 1000 ailəni himayə etdiyinə, xeyriyyəçilik xidmətinə görə 1-ci dərəcəli qızıl "Stanislav", 3-cü dəfə dövbtdən heç bir maliyyə yardımı almadan "Cümə" məscİdini yenidən tikdirdiyİnə və 4-cü dəfə Şamaxı qəzasında milli banşıq yaradaraq ennəni-müsəlman qırqmmın qarşısım aldığına gÖrə 2 qj/ıl "Anna" medalları ilə təltif olunmuşdur. 1908-ci ildə Hacının vəfaıından sonra evsiz və maddi ehtiyac içində qalan dul arvad Səriyyə xanım və böyüyünün 6 yaşı otan 4 körpə uşaqları üçün ən yüksək hədd sayılan illİk 150 manat dövbt təqaulü təyin olundu və ailə 1919-cu ilə qədər bu təqaüdlə təmİn olundu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Prof. Babaxan Niyazlı, Az. Dövlət İqtisad Universiteti.