Hacı Mirzə Hüseyn xan Sərabi

Hacı Mirzə Hüseyn xan Mirzə Abdulla oğlu Sərabi (?-?)—şair, diplomat.

Hacı Mirzə Hüseyn xan Sərabi
Doğum tarixi
Doğum yeri Sərab vilayəti, Sərab şəhəri
Fəaliyyəti diplomat

Hüseyn xan Mirzə Abdulla oğlu Sərab şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Mirzə Hüseyn xan əvvəlcə Cahangir xan Şəqaqiyə xidmətdə idi. Sonra ondan ayrılıb qacarlara meyil etmişdi. Məhəmməd şahNasirəddin şah Qacarın hakimiyyəti dönəmində Xarici işlər nazirliyində çalışmışdı. Hacı Mirzə Hüseyn xan şair idi. Giranmayə təxəllüsü ilə xoştəb şeir yazırdı. Ünlü bioqraf Məhəmmədəli xan Tərbiyyət onun haqqında yazır: "Giranmayə - adı Hacı Mirzə Hüseyn xan Mirzə Abdulla oğlu, Sərablıdır. O, İranın baş səfiri olan Əminədövlənin münşisi olmuşdur. Hicri qəməri 1273 (1856)-cü ildə Büşehir müharibəsindən sonra Əminədövlə sülh müqaviləsi bağlamaq üçün Londona və Parisə getdiyi zaman Giranmayə, Məmmədəli xan Nəzmiyyə və Mirzə Mülküm xan da onunla birlikdə getmişdir. Giranmayə bu səfərində Avropanın vəziyyəti, üsuli-idarə qaydalarını ixtisarla "Məxzənül-vəqaye ("Hadisələr məcmuəsi") əsərini yazmışdır. Bu əsərin bir nüsxəsi müəllifdə (M. Tərbiyət) vardır".

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]