Hacı Rza Sərraf, Hacı Rza Sərraf Təbrizi (1854, Təbriz – 1907, Təbriz) — qəzəl və mərsiyə yazan şair.[1]
Hacı Rza Sərraf | |
---|---|
Təxəllüsü | Sərraf |
Doğum tarixi | 1854 |
Doğum yeri | |
Vəfat tarixi | 1907 |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Hacı Rza Sərraf Vikimənbədə |
Hacı Rza Sərraf Təbrizi 1854-cü ildə Təbrizdə anadan olub və 1907-ci ildə həmin şəhərdə dünyasını dəyişib.
Şairin yaradıcılığının əsasını qəzəl və mərsiyə tipli nəzm əsərləri təşkil edir. Şair bi sahədə ortaya qoyduğu əsərlərin gücünə görə XIX əsrin sonu, XX əsrin əvvəllərində Iranda yaşayıb yaradan türkdilli şairlər arasında özünəməxsus yerə malik olmuşdur.
Sərraf bütün şeir və qəzəllərində sözlərinin sadə və möhkəmliyi, hisslərində həyəcan və səmimi məhəbbətin sonsuzluğu ilə seçilir.