Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hacıbaba Axund məscidi — Quba rayonu ərazisində məscid. Hacıbaba Axund məscidi XIX əsrin əvvəllərində Rəcəb ayının 25-də Hacı Cəfər tərəfindən tikilmişdir. Məscid bişmiş kərpicdən inşa olunmuşdur. Məscid dörd otaqdan ibarətdir. Məscid planda dördbucaqlı olub, əsas ibadət zalından və önündəki köməkçi otaqlardan ibarətdir. Məscidin əsas baş girişi şimal tərəfdəndir. Mehrab qapı ilə üzbəüz yerləşib. Əsas zalın ortasında tavan örtüyünü saxlamaqdan ötrü iki ədəd sütun vardır. Qadınlar üçün ayrılmış kiçik zal ikinci mərtəbədə yerləşir.Məscidin günbəzi xaricdən ağ dəmir ilə örtülmüşdür.[1]
Hacıbaba Axund məscidi |
---|