Hadrian fallusu

Hadrian fallusu (Elmi adı - Phallus hadriani) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.[2][3]

Hadrian fallusu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Hadrian fallusu
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Göbələyin meyvə cismi torpaqda inkişaf edir. Cavan meyvə cismi yumurtavari və ya şar formalı, əsasında saçaqlı mitseliyə malikdir. Peridi yetişdikdə partlayır və azad olan reseptakul ayaqcığın əsasında volva kimi qalır. Reseptakul silindrik, məsaməli, ağ, sarımtıl-ağ və ya zambaqvari çəhrayi rənglidir, 18x2 ölçüdədir. Ayaqcığın təpəsində yerləşən papaqcıq 3-4 sm hündürlükdə, torvari-oyuqludur, papaqcığın kənarı düz olmayandır və reseptakulun kənarındaki nazik dəricikli örtüklə qovuşmuşdur. Sporlar hamar, 2-2,5 x 1,5 sm, ellipsoidal, rəngsiz və ya zəif yaşılvari-sarıdır.[2][3][4][5]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Humus saprotrfodur. May-oktyabr aylarında iynəyarpaqlı əkinləri olan parklarda və bağlarda rast gəlinir.[2][3][5]

Balakən rayonu şəhər parkı; Abşeron, Mərkəzi Nəbatət bağı ərazisidir.[2][3][6]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiya az rast gəlinir.[2][3][6]

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Naməlumdur, güman edilir ki, iqlim şəratinə çox tələbkardır.[2][3][6]

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın vəziyyətinə nəzarət vacibdir. Yeni bitmə yerlərinin aşkarlanması, biologiyasını və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur.[2][3][6]

  1. Index Fungorum (ing.).
  2. 1 2 3 4 5 6 7 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  3. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-21.
  4. Сосин П.Е., 1973
  5. 1 2 Sadıqov A.S., 2003
  6. 1 2 3 4 Tərtibçilərin məlumatları.