Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hafiz Məcid oğlu Məmmədov (2 dekabr 1964, Naxçıvan) — "Bakı" futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Baghlan Group FZCO-nun prezidenti.
Hafiz Məmmədov | |
---|---|
Hafiz Məcid oğlu Məmmədov | |
| |
Digər adı | Hafka |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Xalq Təsərrüfatı İnstitutu |
Fəaliyyəti | icraçı direktor, iş adamı |
Vikianbarda əlaqəli mediafayllar |
2 dekabr 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.
1981-ci ildə Naxçıvan şəhəri 3 saylı orta məktəbini, 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu mühasib ixtisası ilə bitirmişdir.
Rus və ingilis dillərində sərbəst danışır.
1985–1986-cı illərdə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin Sabunçu rayon şöbəsində mühasib vəzifəsində çalışmışdır.
1987–1988-ci illərdə Naxçıvan MR-nın Yeyinti Sənaye Nazirliyində iqtisadçı vəzifəsində işləmişdir.
1988–1992-ci illərdə Naxçıvan MR-nın Naxçıvan şəhərində Əmanətbank filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmişdir.
1992–1995-ci illərdə "Sənan" kiçik müəssisəsində baş menecer, 1995–97-ci illərdə "Alfa plyus" Kommersiya Təşkilatında baş menecer, 1998-ci illərdə "Baghlan Traiding" şirkətinin direktorlar şurasının sədri vəzifələrində işləmişdir.
2001-ci ildən "Baghlan General Traiding" MMC- də baş menecer vəzifəsində fəaliyyətə başlamışdır.
2003-cü ildən bu günədək "Baghlan Group FZCO"-nun prezidenti vəzifəsində çalışır.
2004-cü ilin noyabr ayından etibarən "Bakı" Futbol Klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür.
2022-ci il yanvarın 27-də Hafiz Məmmədov 1,4 milyon manatlıq vergi və məcburi dövlət sığorta haqlarını ödəmədiyinə görə həbs edilmişdi. Onun barəsində 2 ay 15 günlük həbs-qətimkan tədbiri seçilib. Hafiz Məmmədov dövlətə borcundan 600 min manatını ödəyib, qalan hissəsinin bir həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürüb. Bu səbəbdən o, 1 fevralda məhkəmə zalından azadlığa buraxılıb.[3]