Haim Maykl Revivo (ivr. חיים מיכאל רביבו, 22 fevral 1972, Aşdod) — İsrailli keçmiş futbolçu.
Haim Maykl Revivo חיים מיכאל רביבו | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 22 fevral 1972[1] (52 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Aşdod, İsrail | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | İsrail | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 178 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
İspaniyanın "Selta Viqo" komandasına keçməmişdən qabaq İsrailin "Bney Yehuda", "Hapoel Tel-Əviv" və "Makkabi Hayfa" klublarında top qovmuşdur. Həmçinin Türkiyənin "Fənərbaxça" və "Qalatasaray" klublarının da şərəfini qorumuşdur.
İspaniyada inamlı çıxışından sonra "Fənərbaxça"ya transfer olunmuşdur. "Fənərbaxça"da ilk iki ildə əla oyun sərgiləmiş, 2001-ci ilidə çempionluğun qazanılmasında pay sahibi olmuşdur. Oyunu ilə azarkeşlərin ürəyində taxt qurmuşdur. Amma 2002-ci ildə yeni oyunçuların transferindən sonra komandadan buraxılmışdır. "Qalatasaray"da sərbəst agent kimi keçmişdir. Fənərbaxçalılar buna görə onun adını "Xain Revivo" qoydular. Qalatasarayda bir neçə həftə oynadıqdan sonra komandadan ayrılmışdır. 2003-cü ilin yayında müqaviləsi rəsmən ləğv olunmuşdur.
Türkiyədən İsrailin "Aşdod" klubuna gəlmişdir. 12 oyun keçirdikdən sonra futbol karyerasını bitirmişdir. Hazırda biznes sahəsində fəaliyyət göstərir.