Haiti prezidenti - (Haiti kreol: Président d'Haïti) Haiti dövlət başçısı icra hakimiyyəti prezidentlə hökumət arasında bölünür. Müvəqqəti Prezident Şurası 25 aprel 2024-cü ildən prezidentliyin səlahiyyətlərini həyata keçirir.
Haiti Prezidenti | |
---|---|
Başçılıq edir | Haiti |
Səlahiyyət müddəti | 5 il |
Vəzifənin təsis tarixi | 17 oktyabr 1806 |
Rəsmi saytı | communication.gouv.ht/ru… |
Vikianbarda əlaqəli mediafayllar |
1987-ci il Haiti Konstitusiyasının III maddəsində prezidentlik üçün bir sıra tələblər göstərilmişdir. Fəsil A Hissəsində verilmişdir (134 və 135-ci maddələr). Prezident ümumxalq səsverməsi ilə beş il müddətinə seçilir və Prezident ardıcıl olaraq seçilə bilməz.
Prezident seçilmək üçün namizəd aşağıdakıları kriteryalara cavab verməlidir.
Seçkilər prezident səlahiyyətlərinin beşinci ilində noyabrın son bazar günü keçirilir. Namizədlərdən heç biri səslərin əksəriyyətini ala bilməsə, ən yaxşı iki namizəd arasında ikinci tur keçirilir və İkinci turda ən çox səs toplayan namizəd prezident olur.
Prezidentliyə aid digər qaydalar 1987-ci il Konstitusiyasının III fəslin B hissəsinin 136-147-ci bölmələrində göstərilmişdir. Prezidentin Konstitusiyada ona verilən səlahiyyətlərdən başqa heç bir səlahiyyətə sahib deyil.
Konstitusiya prezidentə aşağıdakıları etməyi tapşırır:
Parlamentdə yeni hökumətin lehinə səs çoxluğu yarandıqdan sonra Prezident çoxluq partiyasından baş nazir seçməlidir; əks halda Parlamentin hər iki palatası ilə məsləhətləşdikdən sonra birini seçir. Hər iki halda seçki parlament tərəfindən təsdiqlənməlidir. Hökumət istefa verdikdə, prezident baş nazirin səlahiyyətlərinə xitam verir.