Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Rusiya (Krım), Kiçik Asiya, İran və Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəklikdə yayılıb.
Hamar dağdağan | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Böyük və Kiçik Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəkliklərdə, Kür-Araz ovalığında, Naxçıvan MR-də, Lənkəranda (Diabar) və s. rayon ərazilərində təsadüf edilir.
Azərbaycanın nadir bitkisidir. NT.
Dağətəklərində quru daşlı yamaclarda təbii halda bitir.
Azərbaycanda arealı geniş deyildir.
Hündürlüyü 15 m olan alçaqboylu ağacdır. Gövdəsinin qabığı hamardır. Cavan zoğları qəhvəyi və ya qonur, yaşlı gövdəsinin qabığı isə bozumtul-qonur rəngdədir. Cavan budaqlar açıqqonur və ya açıqqəhvəyi rəngdədir. Yarpaqların qaidəsi dairəvi-pazşəkilli, kol formalarında isə demək olar ki, ürəkvaridir. Yarpaqların ucu iti, xırda mişarkənarlı, sarımtıl-yaşıl (xüsusən alt tərəfdən), hamar, bəzən kələ-kötür, uzunluğu 4–7 sm, eni 4 sm olub, çılpaq saplaq üzərində yerləşmişdir. Meyvələri şarformalı, qırmızımtıl, 1–2 sm uzunluqda olub, uzun, çılpaq meyvə saplağı üzərində yerləşmişdir. Meyvəsi kürə formalıdır, uzun saplağı vardır. Çəyirdəyi zəif qırışıqlı olub, dairəvidir. Aprel-may ayında çiçəkləyir.
Əsasən generativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyəti və bəzi abiotik amillərin təsiridir.
Mədəni şəraitdə becərilir.
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı kitabı"na salınması tövsiyə edilir.
http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine