Hamar zirinc

Hamar zirinc (lat. Berberis levis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Hamar zirinc
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Vətəni Şimali Afrikadır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Uzunsov ellipsvari yarpaqları üstdən parlaq, altdan isə ağımtıl rəngdə olur. Gövdəsi və budaqları hamardır, üzərində 3-5 bölümlü, sarımtıl-qəhvəyi rəngli, nazik, uzun tikanları vardır. Çiçəkləri sarıdır. Göyümtül-qara meyvələri yaşıl yarpaqların fonunda bitkiyə xüsusi gözəllik verir. Toxumla çoxaldılır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Torpağa tələbkar, quraqlığa davamlıdır.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Mərdəkan Dendrarisində introduksiya edilmişdir. Abşeronda park və bağlarda mədəni şəraitdə becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Meyvələri ədviyyatların, içkilərin hazırlanmasında,qənnadı sənayesində, yarpaqları isə salat üçün, kökləri dərilərin, parçaların rənglənməsində, xalça sənayesində istifadə edilir. Oduncağı dekorativ işlərdə, xırda əşyaların, ayaqqabı mismarlarının düzəldilməsi üçün yararlıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]