Handə Yenər (12 yanvar 1973[1], Kadıköy, İstanbul ili) — Türk musiqiçi.
Handə Yenər | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Makbule Hande Özyener |
Ləqəbi | Hande Yener |
Doğum tarixi | 12 yanvar 1973[1] (51 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d], səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 2000-ci ildən |
Janrlar | pop musiqisi, rəqs musiqisi[d], elektronik musiqi |
Səs tembri | soprano |
handeyener.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsl adı Makbulə olan müğənni ilk olaraq geyim mağazasında satıcı olaraq işə başlamışdır. Türkyəli müğənni və aktrisa Hülya Avşarın mağazaya gəlməsi və Handə Yenəri dinləməsi ilə həyatı dəyişir. Hülya Avşar müğənnini Sezen Aksu ilə tanış edir və bundan sonra Handənin sənət dünyasında yolu başlayır.[2]
İlk olaraq Sezen Aksunun bek-vokalisti olaraq səhnə almışdır.
31 may 2000-ci ildə "Səndən ibarət" adlı ilk albomu işıq üzü görmüşdür. Albomdakı "Yalanın Batsın" mahnısına ilk klipini təqdim etmişdir. 2000-ci ildə "Altın Kələbək" mükafatını almışdır. 2001-ci ildə "Kral Müzik Ödülləri" mükafatını almışdır. 2003-cü ildə "STAR TV"-də "Hande Yener Show" verlişində aparıcılıq etmişdir.[3][4]
"Aşk Kadın Ruhundan Anlamıyor" və "Apayrı" albomlarını təqdim etmişdir. "Acele Etme", "Kırmızı", "Acı Veriyor", "Kelepçe", "Aşkın Ateşi" ve "Kim Bilebilir Aşkı" mahnılarına klip çəkmişdir.[5]
"Nasıl Delirdim?", "Hipnoz" ve "Hayrola?" albomlarını təqdim etmişdir. Bu 3 albomlarda tam fərqli janrlarda mahnılar təqdim etmişdir. "Billboard Türkiyə"-nin TOP20-liyində həftələrlə hit paradda qalmışdır.[6][7][8]
"Hande'ye Neler Oluyor?", "Teşekkürler" ve "Kraliçe" albomlarını təqdim etmişdir. "Hande'ye Neler Oluyor?" albomu Sinan Akçıl tərəfindən hazırlanmışdır. Bütün mahnıların söz və musiqisi Sinan Akçıla aiddir. "Sopa", "Yasak Aşk", "Bana Anlat", "Unutulmuyor", "Teşekkürler", "Havaalanı", "Dön Bana", "Rüya" və "Hasta" mahnılarına klip çəkmişdir.[9][10]
2013-c ildə Türkiyədə ən çox dinlənilən mahnıdır. Mahnı Türkiyə və xarici ölkələrdə populiyarlaşdı. Xüsusilə 2013-cü ilin yayında demək olar ki, bütün çimərlik və diskotekalarda ən çox çalınan mahnı idi.[11] [12]
2014-cü ildə "Mükəmməl" albomu ilə dinləyicilərini sevindirən "Türk popunun kraliçası" qısa zamanda bütün hitparadları alt-üst etdi. Albomdakı "Alt Dudak", "Naber", "Hani Bana", "Haberi Var mı?" mahnılarına klip çəkmişdir. Həmçinin Volqa Tamözün "No. 2" albomundakı "Sebastian" və "Eve Nasıl Geldim" mahnılarını oxumuşdur. "Sebastian" adı ilə Avropa ölkələrində konsert vermişdir.[13] "Kışkışşş" və Sərdar Ortaçla "İki Dəli" sinqllarını təqdim etmişdir.
"Hepsi Hit Vol. 1" Handə Yenərin 2016-cı ildə təqdim etdiyi 12-ci studiya albomudur. Albomun adına uyğun həqiqətəndə mahnıları hamısı hitparadlarıda yüksək nəticə əldə etmişdir. "Dəli Bilə", "Əmrinə amadə" və "Seviyorsun" mahnılarına klip çəkmişdir.[14]
"Hepsi Hit Vol. 1" Handə Yenərin 2017-ci ildə təqdim etdiyi 13-cü studiya albomudur. Albomdakı "Bakıcaz Artık" mahnısına Amerika Birləşmiş Ştatlarında klip çəkmişdir. Albomdakı "Benden Sonra" mahnısına vaxtilə geyim mağazasında satıcı işlədiyi yerdə klip çəkmişdir. "Vay" klipinə klip çəkən müğənni növbəti uğurlu işini təqdim etmişdir.[15]
2018-ci ildə türkiyəli müğənni Aylin Çoşğun ilə "Mənzərə" mahnısını ifa etmişdir. Rejissoru kimi özünü sınayan müğənni uğurlu işə imza atmışdır.
"Senden İbaret" (2000), "Sen Yoluna… Ben Yoluma…" (2002) ve "Aşk Kadın Ruhundan Anlamıyor" (2004) albomlarındakı mahnılar 80–90-cı illərin türk pop musiqisi tərzindədir. Apayrı (2006) klub musiqisi tərzindədir. Albomdakı bəzi mahnılar rock və R&B tərzində ifa olunmuşdur. Nasıl Delirdim? (2007), Hipnoz (2008) ve Hayrola? (2009) albomları isə elektronik musiqi tərzində işlənib hazırlanmışdır. Ümumilikdə elektronik musiqi üzərində mahnılar ifa edir. Türk Sənət Musiqilərini də ifa etmişdir.
17 avqust 1999-cu il "Gölcuk" zəlzələsindəki zərərçəkmişlərə kömək məqsədilə konsert vermişdir. Leykozlu uşaqlar üçün konsert və imza günü keçirmişdir.[16] 2011-ci ildə "Van" zəlzələsindəki zərərçəkmişlərə kömək məqsədilə konsert vermişdir.[17] 2015-ci ildə kitaba ehtiyacı olanlar üçün kitabxanaın tikilməsi üçün imza günü keçirtmişdir.[17]
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |