Haqq və Azadlıqlar Partiyası (kürd. Partiya Maf û Azadiyan, türk. Hak ve Özgürlükler Partisi, qısaldılmış olaraq HAK-PAR) — Türkiyədə kürd milliyətçisi siyasi partiya.[1]
Rights and Freedoms Party | |
---|---|
Quruluş tarixi | 2002 |
Baş qərargah | |
Saytı | hakpar.org.tr |
Federalizmi ölkənin cənub-şərqində kürd muxtariyyətinin artırılması vasitəsi kimi müdafiə edən partiya 2002-ci ildə Demokratik Xalq Partiyasından (DEHAP) ayrılmışdır. Partiyanın mərkəzi Diyarbəkirdədir. 2015-ci ilin oktyabrında vəfat edənə qədər partiyaya Fəhmi Dəmir rəhbərlik edirdi.[2]
2014-cü ilin lokal seçkilərində partiya 43,846 səs toplayaraq Muşun Qonuqbəklər bələdiyyə başqanlığını qazanmışdır.[3] 2015-ci ilin iyun ayında keçirilən ümumi seçkilərdə HAK-PAR 58,698 səs qazanaraq ilk dəfə ümumi seçkiyə qoşulmuşdur.
...the chairman of Turkey’s pro-Kurdish Rights and Freedoms Party (HAK-PAR)...