Harshad Arora (3 sentyabr 1987, Dehli) – Hind aktyor və model.
Harshad Arora | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Dehli |
Fəaliyyəti | aktyor və model |
Fəaliyyət illəri | 2013-günümüz |
O, əsasən "Colors TV"də yayımlanan Əbədi Sevgi teleserialında "Zeyn Abdullah" və "Star Plus" telekanalında yayımlanan Dahleez serialında "Adarş Sinha" rolları ilə tanınmışdır.[1]
Harşad Arora 3 sentyabr 1987-ci ildə Dehli, Hindistan-da doğulmuşdur.
Arora televiziya debutunu Star Plus-un döyüş kriminal trillerində Har Yug Mein Aayega Ek — Arjun epizodu ilə etdi. 2013-cü ildən 2014-cü ilə qədər Hindistan Televiziya Akademiyası Mükafatı, Hindistan Telly Mükafatı və Kalakar Mükafatı da daxil olmaqla bir çox mükafat qazanan Colors TV-nin Əbədi Sevgi(serial) (Beintehaa) adlı seriyalında Preetika Rao (Aaliya Zain Abdullah) ilə birlikdə baş rol olan Zeyn Osman Abdullah (Zain Osman Abdullah) rolunu oynadı.
2015-ci ildə Arora Colors TV-nin Fear Factor: Khatron Ke Khiladi 6-ya qatıldı. 2016-cı ildə Tridha Choudhury-ilə birlikdə Star Plus-un Dahleez qanuni dramında Adarsh Sinha rolunu oynadı. 2016–2017-ci illərdə Arora,Ragini Nandwani ilə Life OK-un fövqəltəbii dramı SuperCops vs Supervillains-də Jai rolunu oynadı. 2018-ci ildə Star Bharat-ın fantastik Mayavi Maling serialında Angad rolunu oynadı. 2019-cu ildən bəri Arora, Anusha Mishra və Priyanka Purohit ilə SAB TV-nin Tera Kya Hoga Alia-da Alok rolunu oynamışdır.
İl | Seriyal | Rol |
---|---|---|
2013–2014 | Beintehaa | Zain Osman Abdullah ( Zeyn Osman Abdullah) |
2014 | Jhalak Dikhhla Jaa (season 7) | Qonaq |
2015 | Fear Factor: Khatron Ke Khiladi 6 | İştirakçı |
2016 | Dahleez | Adarsh Sinha IAS |
2016–2017 | SuperCops vs Supervillains | Jai |
2018 | Mayavi Maling | Rajkumar Angad |
2019–2020 | Tera Kya Hoga Alia | Alok Parihar |
2020 | Kuch Smiles Ho Jayein… With Alia | Alok Parihar |