Harmonik sərbəst rəqslər

Harmonik sərbəst rəqslər – rəqs edən cismin yerdəyişməsi, surəti, təcili zamana görə sinuskosinus qanunu ilə dəyişən rəqslərdir.

Rəqsin periodu – bir tam rəqsə sərf olunan zamandır. BS-də ölçü vahidi 1 san-dir.

Rəqsin tezliyi – bir saniyədəki rəqslərin sayıdır. BS-də tezlik vahidi 1/san=1HS. 1HS alman alimi Hersin şərəfinədir.

Harmonik rəqsi hərəkətin ampilitudu – rəqs sisteminin tarazlıq vəziyyətindən ən böyük yerdəyişməsinin moduludur.

Harmonik rəqslərin fazası – rəqs edən cismin istənilən anda vəzyətini (məqamını) təyin edən kəniyyətdir. Rəqs fazasının BS-də vahidi radiandır.

Harmonik rəqsin surəti – yerdəyişmənin zamana görə birinci tərtib törəməsinə bərabərdir. Harmonik qanunla dəyişir, onun fazası yerdəyişmə fazsına nəzərən Π/2 qədər süsrüşür və maksimum qiyməti Vmax=Xmax·ω=A·ω olur.

Harmonik rəqsin təcili – harmonik qanunla dəyişən sürətin zamana görə birinci tərtib törəməsinə bərabərdir və maksimum qiyməti ɑm=Vm·ω=Xm·ω2=A·ω2 olur. Harmonik rəqsin təcili də harmonik qanunla dəyişir, onun fazası sürət fazasına nəzərən Π/2 qədər sürüşür.

Harmonik rəqslərin tam enerjisi rəqslərin ampilitudunun kvadratı ilə düz mütənasibdir. E=kA2/2 və ya E=mV2max/2.

  • M. Murquzov və b. VIII sinif üçün dərslik. Bakı, 2005.
  • A. Mehrabov və b. Fizika kursu. Bakı, ""Maarif" nəşriyatı, 1982.