Hartman dağ zebri

Hartman dağ zebri(lat. Equus zebr hartmannae) — Dağ zebri növünə daxil ola yarımnöv. Əsasən Anqolanın cənub-qərbində və Namibiyanın qərbində yayılmışlar. Hartman dağ zebri 7–12 başdan ibarət olan qruplarda yaşayır. Onlar qayalarda hərəkət etməyi bacaran cəld heyvanlardır. Əsasən quru sərt dağlarda yaşayırlar.

Hartman dağ zebri
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Hartman dağ zebri
Beynəlxalq elmi adı

Belə bir fikir vardlr ki, Hartman dağ zebrini ayrıca bir növ olaraq qeyd etmək lazımdır[3]. Ancaq genetik müayinələr bunun əksini deyir.

Hartman dağ zebrinin populyasiyası son zamanlar azalmışdır. Onların sayı Namibiyada hazırda 15 min başdır. Bu isə XX əsrin əvvəlləri ilə müqayisədə 8 dəfə azdır. Populyasiyanın azalmasına səbəb yayılma arealının otlaqlar kimi istifadəsidir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən həssas növlər siyahısına daxildir.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. "A new perspective on Ungulate Taxonomy". 2012-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]