Harun Buğra xan

Harun Buğra xan(X əsr992) — Qaraxanlı hökmdarı.

Harun Buğra xan Qaraxani
bayraq
Qaraxanilər dövlətinin VI xaqanı
970 – 993
ƏvvəlkiMusa Baytaş Buğra xan
SonrakıNəsr bin Əli xan
Şəxsi məlumatlar
Doğum tarixi X əsr
Vəfat tarixi 992
Dəfn yeri
Atası Xanzadə Süleyman xan
Uşaqları II Əhməd xanYusif Qadir xan
Ailəsi Qaraxanilər sülaləsi
Dini İslam

Əbdülkərim Satuk Buğra xanın nəvəsi, Xanzadə Süleyman xanın oğlu olub şahzadəliyində qardaşı Əbül-Həsən Əli Arslan xan tərəfindən dövlətin qərb qismlərini idarə etməklə vəzifələndirildi. O, Mavəraünnəhri ilk fəth edən Qaraxanlı hökmdarı olaraq şöhrət qazanmışdır. Samanilərin içində olduğu qarışıqlıqlar dolayısıyla bir qism müxalif Samani komandanlarının da dəstəyini qazanara1 990-cı ildə İsficabı zəbt etdi. İki il sonra Samanilərin paytaxtı Buxaraya girdi (May 992). Samani əmiri Nuh ibn Mənsur şəhəri tərk etmək məcburiyyətində qaldı. Bu hərəkəti, samanilərin Xorasan valisi Əbu Əli Simcuri tərəfindən dəstəklənmişdi. Hətta onunla daha İsficabın zəbti sırasında, Ceyhun çayı sərhəd-sınır olmaq üzrə Samani dövlətini təqsim etmə xüsusunda gizli bir andlaşma da aparmışdı. Beləcə Xorasan Əbu Əlinin, Maveraünnəhr də Harun Buğra xanın idarəsinə keçəcəkdi. Ancaq Harun Buxaraya girdikdən sonra Əbu Əlini bir ordu komandanı kimi gördü və daha öncəki anlaşmaya yanaşmadı. Fəqət çox keçmədən Buxarada ağır bir xəstəliyə yaxalandı və yerinə Samani şahzadələrindən Əbdüləziz Nuh ibn Nəsri buraxaraq buradan ayrılmak məcburiyyətində qaldı. Qaşqara dönerken Koçkarbaşı mövqeyində vəfat etdi.

Harun Buğra xan, Şihabüddövlə və Zahirəddövlə kimi İslami ləqəblər daşımaqdaysa da bu ləqəblər ehtimalen xəlifə tərəfindən verilmiş olmayıb özü ünvanlarına əlavə etmişdir. Zira o sırada qaraxanlılar ilə sünni İslam mühiti arasında hələ rəsmi bir münasibət qurulmamışdı. Bilinən ən əski Qaraxanlı pulları ona aid olub 992-ci ildə Ilaqda zərb olunan sikkələr Abbasi xəlifəliyiylə hər hansı bir münasibətinin olmadığını göstərir.

  • Бартольд В.В. Туркестан в эпоху монгольского нашествия // Сочинения. Т. I. М. 1963.
  • Кочнев Б.Д., Нумизматическая история Караханидского каганата (991 – 1209 гг.). Москва «София», 2006
  • Barthold, “Buğra-Han”, İA, II, 760-761;
  • Omelyan Pritsak, “Kara-Hanlılar”, İA, VI, 254;
  • C. E. Bosworth, “Ilekkhāns or Ķarakhānids”, EI² (İng.), III, 1113;
  • C. E. Bosworth, “Boğhrā Khan”, EIr., IV, 318-319.