Mark I (Harvard Mark I, Automatic Sequence Controlled Calculator) - 1930-cu illərin sonu, 1940-cı illərin başlanğıcında Harvard Universitetində (ABŞ) Hovard Ayken (Howard Aiken) tərəfindən işlənib hazırlanmış və IBM firması tərəfindən quraşdırılmış elektromexaniki hesablama maşını. Ölçüləri uzununa 15 m, hündürlüyə 2.5 m olan bu kompüter 23 onluq mərtəbəyədək ədədlər üzərində hesab əməllərini yerinə yetirə bilirdi. Giriş və çıxış perfokartlar vasitəsilə, əməliyyatların idarə olunması isə perforasiya olunmuş kağız lentlər vasitəsilə həyata keçirilirdi. Mark I istismara 1944-cü ilin avqustunda verilib.
İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.