Hasan Mandal

Hasan Mandal (türk. Hasan Mandal; 1965, Əskişəhər) — Türk akademik və TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası) prezidenti.[1]

Hasan Mandal
Hasan Mandal
Doğum tarixi 1965
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti Türk
İş yerləri Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının prezidenti
Təhsili
  • Orta Şərq Texniki Universiteti Mühəndislik fakültəsi[d]

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

1965-ci ildə Əskişəhərdə anadan olub. 1987-ci ildə ODTÜ-nün Metallurgiya mühəndisliyi fakültəsini bitirib, 1992-ci ildə Nyukasl Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. 1994-cü ildə Anadolu Universiteti Keramika Mühəndisliyi bölməsində dosent vəzifəsində çalışmağa başlayıb, 1996-cı ildə dosent, 2001-ci ildə isə professor olmuşdur. 2002-ci ildə Anadolu Universiteti Keramika Mühəndisliyi Departamentinin adı Material Elmləri və Mühəndisliyi olaraq dəyişdirildikdən sonra akademik karyerasını 2002–2011-ci illərdə Anadolu Universiteti Material Elmləri və Mühəndisliyi Fakültəsində davam etdirmişdir. O, eyni zamanda 2004–2010-cu illərdə Anadolu Universiteti Mühəndislik və Memarlıq Fakültəsinin dekanı vəzifəsində çalışıb. 15 mart 2011-ci ildə Anadolu Universitetindən ayrıldı və Sabancı Universitetində Araşdırma və Məzun Siyasəti Direktoru, 2012–2015-ci illərdə isə Sabancı Universitetinin vitse-prezidenti vəzifələrində çalışıb. Onun Universitetlərarası Şura kvotasından YÖK üzvlüyünə seçilməsi 24 mart 2015-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib və o, YÖK İdarə Heyətinin üzvü kimi fəaliyyətə başlamışdır.[2]20 iyul 2016-cı ildə isə YÖK-ün müavini olub. 12 yanvar 2018-ci il tarixinədək YÖK-ün vitse-prezidenti vəzifəsində çalışıb, eyni tarixdən Sabancı Universitetinin rektor müavini və 22 fevral 2018-ci ildə TÜBİTAK-ın prezidenti vəzifəsinə təyin edilib.

Üzv olduğu qurumlar[redaktə | mənbəni redaktə et]

  • Dünya Keramika Akademiyasının (DAK) üzvü seçilib və DAK-ın yeganə türk üzvüdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ərdoğanın növbəti Azərbaycan səfəri — Şuşa Bəyannaməsinin davamı olacaqmı?". 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-30.
  2. "Prof. Dr. Hasan Mandal, YÖK üyesi oldu!". 2023-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-31.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]