Hasselt Universiteti — Belçikanın Hasselt şəhərində ictimai tədqiqat universiteti.
Hasselt Universiteti | |
---|---|
Əsası qoyulub | 1971 |
Tələbə sayı | 3.310 |
Ölkə | |
Sayt | uhasselt.be |
Vikianbarda əlaqəli mediafayllar |
Universitetin 7000-dən çox tələbə və 1700 akademik, inzibati və texniki işçi heyəti var.
Hasselt Universiteti təhsil, tədqiqat və innovasiya sahəsində əməkdaşlığı təşviq edən geniş regional, milli və qlobal şəbəkəyə malikdir.
Universitet rəsmi olaraq 1971-ci ildə Limburg Universiteti Mərləzi kimi qurulmuşdu. 1973-cü ilin sentyabrında ilk tədris ili başladı. 2005-ci ildə adı Hasselt Universiteti olaraq dəyişdirildi.
2022-ci ildə Hasselt Universiteti EURECA-PRO Avropa Universitetlər Alyansına qoşuldu. Şəbəkə tələbələrə və işçilərə məsul istehlak və istehsal sahələrində təhsil almağa, öyrətməyə və tədqiqat aparmağa imkan verir.
Hasselt universitetinin və onun Avstriya, Fransa, Almaniya, Yunanıstan, Polşa, Rumıniya və İspaniyadakı tərəfdaşlarının məqsədi davamlı inkişaf sahəsində Avropa təhsil və tədqiqat mərkəzinə çevrilməkdir.
Universitet Times Higher Education jurnalının reytinqində yaşı 50-dən aşağı olan 605 universitet arasında 35-ci yerdədir.
Kampus (75 ha) yaşıl zolaqda yerləşir. Burafa bir neçə tədqiqat institutu, inkubator və spin-off şirkətləri yerləşir. Tələbə restoranı, universitet kitabxanası, sinif otaqları və auditoriyalar əsas D binasında yerləşir. Digər görkəmli kampus binaları Elm Qülləsi (kimya və fizika üzrə tədris və tədqiqat laboratoriyaları) və İnşaat Mərkəzinin tətbiqi binasıdır.
Kampusda rektor və başqa rəhbər heyyətinin otaqları yerləşir. Kampus Mərkəzi İdarəetmə İnstitutu, Nəqliyyat Tədqiqat İnstitutu, habelə Nəqliyyat Elmləri Məktəbinə ev sahibliyi edir.
Universitetin ümumilikdə 18 bakalavr və 34 magistr proqramı olmaqla 7 fakültəsi və 3 məktəbi var.
Universitetin 4 Tədqiqat institutu var.