Hava kütlələri

Hava kütlələri — fiziki xassələrinə görə aşağıdakı coğrafi tiplərə ayrılır:

Hava kütlələrinin növləri

[redaktə | mənbəni redaktə et]
  • Ekvatorial hava (Eh)ekvatorial qurşaq üzərində formalaşaraq,yüksək temperatur və çox rütubətliliyi ilə səciyyələnir.Ekvatorial qurşaqda quru səthinin ifrat rütubətli olması ilə əlaqədar,həm okean,həm də quru üzərində formalaşan Eh eyni fiziki xassəyə malik olur.Buna görə də ekvatorial hava kütləsi dəniz və kontinaental növlərə bölünmür.Eh hakim olan ərazilərdə bol,leysan tipli yağıntılar baş verir.
  • Tropik hava (Th) dəniz(DTh)və kontinental tropik hava(Kth)yarım tiplərinə bölünür.Dəniz tropik havası (DTh)tropik və subtropik qurşaqların okean səthləri üzərində-Azor və Havay maksimumlarında əmələ gələrək,yüksək temperaturu və rütubət tutumu,lakin alçaq nisbi rütubətliyi ilə səciyyələnir.
  • Kontinental tropik hava (KTh) kütlələri tropik enliklərin quru səthləri üzərində,xüsusilə tropik barik maksimumlarında-Böyük Səhra,Ərəbistan,Tar,Kalaxari üzərində,yayda isə subtropiklərdə və mülayim qurşağın cənubunda(şm.yarımkürəsində)-Şimali Çində,Qazaxıstanda,Orta Asiyada,Kolarado yaylası üzərində əmələ gəlir.Yüksək temperaturu,qururluğu və tozluluğu ilə başqa hava kütlələrindən fərqlənir.Tropik hava kütlələri passatların tərkibində ekvatora,yayda isə mülayim enliklərə,o cümlədən Azərbaycan ərazisinə daxil olur.
  • Mülayim enliklər havası (Mh) dəniz(DMh) və kontinental(Kmh) yarım tiplərinə bölünür.
  • Dəniz mülayim enlikləri havası (DMh)hər iki yarımkürənin mülayim qurşaqların okean səthi üzərində formalaşır.Qışda materik üzərinə gəldikdə şaxtaları yumşaldır,qara,bəzən dumanlı yağışlı tutqun havalara səbəb olur.Yayda bu hava kütləsi istiliyi azaldır,rütubətliyi artırır,özü ilə bəzən gur yağışlar gətirir.DMh,adətən,qərb küləkləri və siklonlar sistemində hərəkət edərək,materiklər üzərinə gəlir.
  • Kontinental mülayim enliklər havası (KMh)ancaq şimal yarımkürəsinin quru səthi üzərində öz səciyyəvi xassəsini alaraq,qışda çox soyuq,quru,şaxtalı və açıq şəffaf olur.Sibirdə bu hava qışda Arktika havasından da soyuq olduğundan,Sibirin bəzi rayonlarında havanın temperaturu -70 °C-dək aşağı düşür.Yayda geniş quru səthi üzərində formalaşan KMh bərk qızır,qalxan hava cərəyanları əmələ gətirərək,leysan yağışların yağmasına və hətta tufanların baş verməsinə səbəb olur.Azərbaycan ərazisində iqlimin formalaşmasında mülayim enliklər hava kütlələrinin hər iki yarım tipinin (KMh və DMh)rolu olduqca böyükdür.Belə ki,yayda respublika ərazisinə daxil olan hava kütlələrinin 50%-dən çoxunu Mh tipi təşkil edir.
  • Arktik hava kütlələri (Ah) kontinental Arktika havası(KAh) və dəniz Arktika havası (DAh) yarımtiplərinə bölünür.
  • Kontinental Arktika havası (KAh) Arktikanın buz səthi üzərində,qışda isə həm də Taymır,Kolıma hövzəsi,Çukot və Şimali Kanada üzərində yaranır.Alçaq temperaturu,az rütubətliliyi və yüksək şəffaflığı ilə xarakterizə olunur.KAh-nin mülayim enliklərə daxil olması qışda kəskin şaxtaların,yazda və payızda isə ayazların yaranmasına səbəb olur.Cənub yarımkürəsində KAh-nin analoqu Antraktidanın buz örüyü üzərində formalaşan,lakin daha kəskin şaxtalı,küləkli Antarktika hava kütləsidir.(KAh).
  • Dəniz Arktika havası (DAh)Avropa Arktikasında okeanın buzlardan azad olan hissəsi üzərində əmələ gəldiyindən KAh-a nisbətən rütubətli və temperaturu bir qədər yüksək olur.Qışda DAh-ın materikin üzərinə hərəkət etməsi qısamüddətli istiləşməyə səbəb ola bilər.Azərbaycan ərazisinə bu hava kütlələrinin daxil olması temperaturun kəskin aşağı düşməsinə,buludluluğun artmasın və cəbhə boyu yağıntı düşməsinə gətirib çıxardır.Cənub yarımkürəsində Antarktika hava kütləsinin (Ah)dəniz yarımtipi yoxdur.